SON XƏBƏRLƏR

DİNDARLAR ƏBU BƏKRDƏKİ TERROR AKTI İLƏ BAĞLI BƏYANATLA ÇIXIŞ EDİBLƏR

2021.10.20, 07:36
DİNDARLAR ƏBU BƏKRDƏKİ TERROR AKTI İLƏ BAĞLI BƏYANATLA ÇIXIŞ EDİBLƏR

Gunaz.tv
DİNDARLAR ƏBU BƏKRDƏKİ TERROR AKTI İLƏ BAĞLI BƏYANATLA ÇIXIŞ EDİBLƏR 2008-08-19 - 15:58:00 Bu gün bir sıra islam təşkilatlarının təmsilçiləri, ilahiyyatçı alimlər və ağsaqqallar (ümumilikdə 41 nəfər) avqustun 17-də Əbu Bəkr məscidində baş vermiş terror aktı ilə əlaqədar birgə bəyanatla çıxış ediblər. «Media forum» saytı xəbər verir ki, bəyanatı imzalayanlar Nərimanov rayonunda yerləşən ibadətgahda baş verən qanlı olayı qətiyyətlə pisləyir və bunu müsəlman kimliyinə uyğun gəlməyən, islamın gözəl mahiyyətinə zidd olan bir cinayət kimi qiymətləndirirlər: «Biz bəyan edirik ki, heç bir motiv və emosiya ibadətgaha hücuma və orada ibadət edənlərə qarşı ölüm qəsdinə bəraət qazandıra bilməz». Bəyanatda deyilir ki, bu, birmənalı olaraq Azərbaycanın milli-mənəvi təhlükəsizliyinə ciddi təhdiddir: «Bunun qarşısında Azərbaycan toplumu vahid prinsipial mövqe sərgiləməli və bu üsulların heç bir vəchlə məqbul olmaması barədə aydın və birmənalı mesajlar verməlidir. Hesab edirik ki, cəmiyyətin bütün təbəqələri bu əməllərin Azərbaycan üçün destabilizə faktoru rolunu oynamağa imkan verilməyəcəyi barədə dəqiq mövqe nümayiş etdirməlidir. Terrorun müəllifləri və icraçıları bu fəlakətin önündə bütün Azərbaycan ictimaiyyətini görməlidir. Belə olsa, vətənimizi öz eksperimental oyunlarının poliqonuna çevirmək istəyən ünsürlər birdəfəlik öz niyyətlərindən daşınarlar». Bəyanatı imzalayanlar: Hacı İlqar İbrahimoğlu (ilahiyyatçı alim, İçərişəhər «Cümə» məscidinin imam-camaatı), Hacı Şahin Həsənli (ilahiyyatçı alim, «Məşhədi Dadaş» məscidinin imam-camaatı), Hacı İqbal Novruzov (ilahiyyatçı alim, «Muhəmməd» məscidinin axundu), Hacı Namiq Babaxan (ilahiyyatçı alim, Azərbaycan «Birlik» təşkilatının sədri), Hacı Əhliman Rüstəmov (ilahiyyatçı alim, «Hacı Cavad» məscidinin axundu), Hacı Mövsüm Səmədzadə (ilahiyyatçı alim, İslam Partiyasının sədri), Hacı Əlikram Əliyev (Nardaran kənd ağsaqqalı), Hacı Abgül Süleymanov (ilahiyyatçı alim, «Cəfəri» heyətinin rəhbəri), Hacı Elşən Mustafaoğlu (ilahiyyatçı alim, «Mənəvi Saflıq» təşkilatının rəhbəri), Hacı Mir Nizami Mirsalayev («Zaman» dini teatrın rəhbəri), Məşhədi Natiq Kərimov (Nardaran kənd ağsaqqalı), Hacı Ceyhun (ilahiyyatçı alim, «Təkamül» Tərcümə Mərkəzinin rəhbəri), Hacı Yusif (ilahiyyatçı alim, «Qələm» nəşriyyatının direktoru), Məşhədi Sərdar Yusifoğlu («Ürfan» içtimai forumun təmsilçisi), Hacı Mircəfər (ilahiyyatçı alim), Hacı Mirhüseyn (ilahiyyatçı alim), Hacı Mir Mehdi («Rəzəvi» dini heyətinin rəhbəri), Hacı Səbuhi Nəsrullayev (ilahiyyatçı alim, «Qədirli» məsçidinin axundu), Hacı Şahməddin Əliyev («İrfan» dini icmasının sədri), Hacı İlqar Rəcəbov (ilahiyyatçı alim, «Fatimeyi-Zəhra (s)» məsçidinin axundu), Hacı Telman Əsədullayev (Binəqədi rayonu «Xochəsən məsçidi» dini icmasının rəhbəri), Hacı Rauf Sərdarov (Sumqayıt «Cümə» məsçidinin axundu), Məşhədi Elxan Qasımov (Sumqayıt ağsaqqalı), Hacı Sahib (ilahiyyatçı alim, Sumqayıt şəhəri «Corat» məsçidinin axundu), Hacı Emin Həşimov («Təfəkkür» dini icmasının təmsilçisi), Eldar Ömərov («Sumqayıt stansiyası» dini icmasının sədri), Hacı Namiq Əliyev (Yevlax şəhər «Cümə» məsçidinin axundu), Humay Hacıyeva («Həzrət Fatimə (s.ə.)» möminələr heyəti), Nuranə Hacılı ( «Həzrət Zeynəb (s.ə.)» xanımlar məclisi), Eynal Qardaşov («Tolerant teoloqlar» mərkəzi), Hacı Ramin Tahirli («Maarifçi teoloqlar» Cəmiyyəti), Məşhədi Mehman Məcidli («Tərəqqi» Cəmiyyəti), Məşhədi Bağır Həsənzadə («Dar-ul-Hikmət» Elmi-Tədqiqat Mərkəzi), Hacı Nəcəf Allahverdi («İslam maarifi» proqramı), Məşhədi Ramin Əzizov («Ən-nəzafətul minəl-iman» proqramı), Fuad Manafov («Narkomaniya və alkoqolizmə qarşı mübarizə» proqramı), Hacı Şahin Mirzəoğlu («İntibah» Cəmiyyəti), Hacı Əliəkbər Dadaş («Həzrət Əli (ə)» dini icması), Hacı Səttar Əhədov («Kövsər» Dini Ayinlər Xeyriyyə Vəqfi), Hacı Fərhad Əliəkbəroğlu («Əhli-beyt (ə) Aşiqləri» dini yaradıcılıq qrupu), Məşhədi Rövşən Fərhadoğlu («İntizar» dini yaradıcılıq studiyası). «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar