SON XƏBƏRLƏR

RUSİYA-GÜRCÜSTAN MÜNAQİŞƏSİ «İÇƏRİŞƏHƏR» STANSİYASININ AÇILIŞINI TƏXİRƏ SALDI

2021.10.20, 07:36
RUSİYA-GÜRCÜSTAN MÜNAQİŞƏSİ «İÇƏRİŞƏHƏR» STANSİYASININ AÇILIŞINI TƏXİRƏ SALDI

Gunaz.tv
RUSİYA-GÜRCÜSTAN MÜNAQİŞƏSİ «İÇƏRİŞƏHƏR» STANSİYASININ AÇILIŞINI TƏXİRƏ SALDI 2008-08-19 - 18:16:00 Bakının «İçərişəhər» metrostansiyası ən azı oktyabrın axırınadək bağlı qalacaq. Bu barədə «Media forum» saytına məlumat verən Tikilən Metropoliten İdarəsinin rəisi Arif Rəsulov bildirib ki, Rusiya ilə Gürcüstan arasında yaranmış münaqişə «İçərişəhər»də aparılan təmir-tikinti işlərinin uzanmasına səbəb olub. Əsaslı yenidənqurmanı sentyabrda sona çatdırmaq və yeni dərs ili başlayan gün - sentyabrın 15-də stansiyanın açılışını keçirmək nəzərdə tutulurdu. Hazırda fors-major situasiyanın yarandığını qeyd edən A.Rəsulov açılışın təxirə salındığını və stansiyanı oktyabrın sonuna kimi sərnişinlərin istifadəsinə verməyə ümid etdiklərini vurğulayıb. Tikilən Metropoliten İdarəsi rəisinin sözlərinə görə, İsraildən Azərbaycana gətirilən, «İçərişəhər»də qurulması planlaşdırılan şəffaf piramida üçün lazım olan dəmir hissələr Gürcüstanın Poti limanında qalıb: «Hazırda həmin materialların Ukrayna vasitəsilə Azərbaycana gətirilməsinə çalışırıq. Bunun mümkün olub-olmadığı barədə həftənin sonuna qədər bizə cavab veriləcək». «İçərişəhər»də təmir-tikinti işləri 2007-ci ilin payızından başlayıb. Bir müddət sonra bununla əlaqədar olaraq stansiyanın işi məhdudlaşdırılıb. 2008-ci ilin aprel ayında stansiyaya giriş-çıxış 10 günlük dayandırılıb. İyulun 5-dən giriş-çıxış yenə bağlı elan olunub. Dövlət büdcəsindən stansiyanın yenidən qurulması üçün 8 milyon manat ayrılıb. Tikinti işini İsrailin «Qadiş Deviç İnternəşnl» şirkəti aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar