SON XƏBƏRLƏR

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər

2021.10.20, 07:36
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər

Gunaz.tv
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər Azərbaycanla Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Sofiya şəhərində İngilis dili kursu (18 avqust - 12 dekabr), Azərbaycanla Litva arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Vilnüs şəhərində İngilis dili kursu (18 avqust - 14 dekabr), Azərbaycanla ABŞ arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, San-Antonio şəhərində Hərbi Mülki Əlaqələr kursu (magistr dərəcəli) (20 avqust 2008 - 26 mart 2010), Ştutqard şəhərində (Almaniya) Hərbi Hüquq xidməti zabitlərinin görüşü (25-28 avqust), Azərbaycanla Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Bon şəhərində Silahlı Qüvvələrin MTT məsələləri üzrə ekspert danışıqları (25-27 avqust) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bundan başqa, Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Ankara şəhərində Uçuş Fəaliyyətinin planlaşdırılması və icrası mövzusunda təcrübə mübadiləsi (25-31 avqust), Azərbaycanla Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Pişəvər şəhərində Təməl Hava Desant kursu (25 avqust - 20 sentyabr), Azərbaycanla Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Vişkov şəhərində (Çex Respublikası) Təlimatçı hazırlığı kursu (25 avqust - 03 oktyabr) təşkil olunub. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar