SON XƏBƏRLƏR

Buşəhr AES-in istifadəyə verilmə müddəti daha bir il uzadılıb

2021.10.20, 07:36
Buşəhr AES-in istifadəyə verilmə müddəti daha bir il uzadılıb

Gunaz.tv
Buşəhr AES-in istifadəyə verilmə müddəti daha bir il uzadılıb Tehran-APA. Buşəhr atom-elektrik stansiyasında montaj işləri başa çatıb. APA-nın məlumatına görə, tikinti işlərini aparan Rusiyanın “Atomstroyeksport” şirkəti Buşəhr AES-də işlərin tam başa çatması üçün ən azı il yarım vaxt lazım olduğunu bəyan edib. Şirkətin bu açıqlaması İran rəhbərliyini narazı salıb. İran tərəfi Buşəhr AES-in ilin sonuna kimi istifadəyə veriləcəyi barədə verilən vədlərə əməl edilməsini istəyir. Qeyd edək ki, adı çəkilən stansiyanın tikintisinə dair “Atomstroyeksport”la İran hökuməti arasında 1995-ci ildə saziş imzalanıb. Saziş çərçivəsində reaktora ilk yanacaq yanvarın sonunda yüklənib. Uranın zənginləşdirilməsi prosesi başa çatdıqdan sonra yanacaq tullantıları Rusiyaya qaytarılacaq. Qeyd edək ki, Buşəhr AES-in tikintisinə 1 milyard dolların sərf olunması nəzərdə tutulur. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar