SON XƏBƏRLƏR

İRAN POLISINƏ ƏHALININ MOBIL TELEFONLARINI YOXLAMAQ ICAZƏSI VERILIB

2021.10.20, 07:36
İRAN POLISINƏ ƏHALININ MOBIL TELEFONLARINI YOXLAMAQ ICAZƏSI VERILIB

Gunaz.tv
İRAN POLISINƏ ƏHALININ MOBIL TELEFONLARINI YOXLAMAQ ICAZƏSI VERILIB DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə İranın Təhlükəsizlik və polis məmurlarına icazə verilib ki, istədikləri şəxsin mobil telefonunu alıb onun yaddaşında olan informasiyaları yoxlaya bilərlər. Şərqi Azərbaycanın prokurorluğunun rəisi Malik Əjdər Şərifi bildirib ki, mobil telefonlarda qeyri-əxlaqi videogörüntülər blutuz vasitəsilə yayılan hakimiyyət və dövlətçilik əleyhinə olan materiallar son zamanlarda Azərbaycanın bütün şəhərlərində özəlliklə Təbrizdə geniş surətdə yayılmaqdadır. O bildirib ki, mobil telefonlardan ixtişaşlar yaratmaq üçün də geniş surətdə SMS-lər hakimyyət əleyhinə ixtişaş təşkil etmək yayılmaqdadır. Bununla yanaşı islamiyyətə və islam dininə zidd olan CD-lər və başqa qeyri-əxlaqi şəkillər, videogörüntülər əhali arasında geniş yayılmağın qarşısını almaq üçün yeni qanun çərçivəsində tədbirlər həyata keçirilməyə başlayıb. Yəhya Mirzəməhəmmədi Təbriz İnqilab məhkəməsinin başçısı İnqilab məhkəməsinin toplantısında bildirib ki, texnologiyanın sürətlə inkişaf etməsi əksər hallarda islam dinin əleyhinə çevrilməkdədir. Bu işin qarşısını almaq üçün biz polis, ETTELAAT, Bəsic və Sepahe-pasdarana bütün ixtiyarlar vermişik ki, istədikləri hər bir şəxsin mobil telefonunun yaddaşını yoxlasın və qanunlara zidd olan material varsa həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilsin. Əksər hallarda mobil telefonlarda olan qeyri-əxlaqi, dövlətçilik və hakimiyyət əleyhinə olan materiallar başqa ağır cinayətlərlə eyni tutula bilər. Əgər qeyri-əxlaqi və islam qanunlarına zidd olan materiallar həmin şəxs tərəfindən yayılıbsa ona qarşı ağır cəzalar nəzərdə tutula bilər. Hətta edam hökmü də verilə bilər. O əlavə edib ki, belə şəxslərlə qətiyyətli və heç bir güzəşt olmadan mübarziə aparmaq lazımdır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar