SON XƏBƏRLƏR

Türkiyə Borjomi meşələrində baş verən yanğını söndürmək üçün iki təyyarə göndərib

2021.10.20, 07:36
Türkiyə Borjomi meşələrində baş verən yanğını söndürmək üçün iki təyyarə göndərib

Gunaz.tv
Türkiyə Borjomi meşələrində baş verən yanğını söndürmək üçün iki təyyarə göndərib Tiflis-APA. Türkiyə Borjomi meşələrində dünəndən başlanmış yanğınları söndürmək üçün Gürcüstana xüsusi təyyarə göndərib. APA-nın məlumatına görə, yaxın saatlarda Türkiyədən daha bir yanğınsöndürən təyyarənin Gürcüstana gəlişi gözlənilir. Gürcüstanın ətraf mühitin mühafizəsi naziri İrakli Qvaladze yanğınların günün sonuna kimi tam söndürüləcəyini bildirib. Onun sözlərinə görə, alov bu saata qədər 220 hektar meşə sahəsini külə döndərib. Qeyd edək ki, yanğın baş verən ərazi Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinin keçdiyi ərazinin bir neçə kilometrliyində başlayıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar