SON XƏBƏRLƏR

Moskvadan xəbərdarlıq: ““Bakı-Ceyhan” artıq öldü, bu kəmər bir daha işləməyəcək”

2021.10.20, 07:36
Moskvadan xəbərdarlıq: ““Bakı-Ceyhan” artıq öldü, bu kəmər bir daha işləməyəcək”

Gunaz.tv
Moskvadan xəbərdarlıq: ““Bakı-Ceyhan” artıq öldü, bu kəmər bir daha işləməyəcək” bombblast.jpg RUSİYA İNDİ DƏ AZƏRBAYCANIN ÜSTÜNƏ YERİYİR! Rus tankları neft ixracı kəmərinin keçdiyi Gürcüstan ərazilərində meydan sulayır! Moskvadan xəbərdarlıq: ““Bakı-Ceyhan” artıq öldü, bu kəmər bir daha işləməyəcək”! Rusiyanın Gürcüstana hərbi təcavüzünün əsas səbəblərindən birinin Xəzər neftini ələ keçirmək olduğu Moskvadan yarırəsmi də olsa təsdiqlənir. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə müşaviri Aleksandr Duqin Türkiyənin “Cümhurriyet” qəzetinə açıqlamasında bəyan edib ki, Bakı-Tiflis-Ceyhan (BTC) kəməri artıq ölüb və bu kəmər bir daha açılmayacaq. “Bütün dünya və region ölkələri gördü ki, regiondan keçən enerji marşrutlarının təhlükəsizliyini təmin etməyə NATO yox, məhz Rusiya qadirdir. BTC artıq ölüb və bu kəmər bir daha işləməyəcək. Ona görə də Türkiyə öz enerji siyasətinə yenidən baxmalıdır”- deyə A.Duqin bildirib. Qeyd edək ki, neçə gündür Qərbin aparıcı mətbu orqanları və nüfuzlu ekspertləri Rusiyanın Gürcüstana təcavüzünün arxasında Xəzərin enerji ehtiyatları üzərinə inhisarı ələ almaq olduğunu bildirirdilər. Qeyd olunurdu ki, Rusiya artıq Qərbin dəstəklədiyi enerji nəqli marşrutlarına öldürücü zərbə vurub, çünki hamı gördü ki, bu marşrut təhlükəsiz deyil. Bu baxımdan Rusiya Dövlət Duması müşavirinin açıqlaması Kremlin əsl niyyətini ortaya qoyur. Rusiya işarə edir ki, BTC artıq açılmayacaq və bu kəməri ölmüş hesab etmək olar. Bu isə o deməkdir ki, Azərbaycan Rusiyadan sarsıdıcı zərbə ala bilər. Çünki ölkənin bütün iqtisadiyyatı, xarici və daxili siyasəti bu kəmər üzərində qurulmuşdu. *** Qəzetin yazdığına görə, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyindəki yüksək rütbəli mənbə etiraf edib ki, BTC neft kəmərində avqustun 6-da baş vermiş partlayış terror aktı olub. Mənbə kəmərin nə zaman işə salınacağının bəlli olmadığını deyib. Xəbər verildiyi kimi, BTC-nin Ərzincan vilayətindən keçən hissəsindəki 30 saylı əsas nasos stansiyasında törədilən partlayışa görə məsuliyyəti artıq PKK öz üzərinə götürüb. Amma Türkiyə hökumətinin rəsmiləri PKK-nın bəyanatına şübhə edərək deyirdilər ki, kəmərdə texniki nasazlıq üzündən partlayış baş verdiyi güman edilir. Lakin BTC-yə bələd olan ekspertlər elə ilk günlərdən bəyan edir ki, ən müasir texnologiya ilə tikilən kəmərdə texniki nasazlıq baş verməsi ağlabatan deyil. Bildirilirdi ki, güclü elektron mühafizə altında olan nasos stansiyasında partlayışı da adi terrorçular həyata keçirə bilməzdi. Bunun üçün BTC-nin layihəsinin detalları haqda məlumatı olan dövlətlərdən birinin xüsusi xidmət orqanlarının dəstəyi lazımdır. Kəmərdə baş verən partlayışdan cəmi iki gün sonra Rusiyanın Gürcüstana qoşun yeritməsinin ardınca belə versiyalar yarandı ki, PKK BTC-ni Moskvadan aldığı sifariş əsasında sıradan çıxarıb. Çünki PKK-nın sovet KQB-si və indiki Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələri heç kimdə şübhə doğurmur. Belə görünür ki, Türkiyə hökuməti əvvəlcə kəmərdə törədilən diversiyanı texniki qəza kimi təqdim edərək ölkənin etibarlı enerji dəhlizi olmasına şübhə yaratmaq istəməyib. Lakin Rusiyanın Gürcüstana hərbi müdaxiləsi hər şeyi baş-ayaq çevirdi. Hazırda Azərbaycan neft hasilatını 80 faiz azaldıb və yalnız Rusiyadan keçən Bakı-Novorossiysk kəməri ilə cüzi həcmdə neft nəql edilir. *** Xəbər verildiyi kimi, Rusiyanın Gürcüstana təcavüzündən sonra Azərbaycan neftinin bu ölkədən nəqli tam dayanıb. Çünki bp şirkəti BTC-nin ardınca Bakı-Supsa kəmərini də bağlamalı olub. Rusiya təyyarələri Bakı-Supsa və BTC-nin keçdiyi ərazilərə, kəmərlərin bilavasitə yaxınlığına raket-bomba zərbələri endirib. Amerika jurnalistləri həmin ərazilərdə olaraq Rusiya bombalarının BTC və Bakı-Supsanın cəmi bir neçə yüz metrliyində açdığı çalaları görüblər. Gürcüstanın Dövlət Neft və Qaz Korporasiyasıının rəhbəri bildirib ki, rusların məqsədi kəmərləri dağıtmaq yox, bu kəmərlərlə neft nəqlinin artıq təhlükəsiz olmadığını nümayiş etdirmək olub. Gürcüstan limanlarından da neft daşınmaları dayanıb. Rus qoşunları strateji liman şəhəri Potiyə nəzarət edir, oradakı gürcü donanmasının bazasını tutub və hərbi gəmilərin hamısını partladaraq sıradan çıxarıb. Həmçinin ruslar Poti limanını minalayır, həmin limanın yaxınlığında yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi terminalının işçilərinə isə oranı tərk etmək əmri verilib. *** Dünən isə məlum olub ki, rus tankları BTC-nin keçdiyi ərazilərdə şütüyür. Gürcüstan prezidenti Mixail Saakaşvili “Röyter” agentliyinə bildirib ki, rus tankları ölkənin mərkəzi hissəsindəki Xaşuri və Borjomi şəhərlərini tutublar. Qeyd edək ki, BTC Borjomi ətrafından keçir. Saakaşvili deyib ki, imzalanmış atəşkəs müqaviləsinə baxmayaraq, Rusiya ölkə ərazilərinin işğalını genişləndirir. Saakaşvilinin bu məlumatını “Röyter”in Gürcüstandakı müxbiri də təsdiq edib. Agentliyin əməkdaşı xəbər verib ki, rus tankları Tiflisin 55 kilometrliyinədək yaxınlaşıblar. Digər məlumatlara görə isə rus hərbi vertolyotları Borjomi meşələri üzərində uçaraq yandırıcı raketlər buraxıblar, nəticədə yanğın baş verib və 50 hektardan çox meşə yanıb. ABŞ isə Gürcüstan ərazisindən keçən enerji nəqli marşrutlarının rus tanklarının nəzarətində olmasına baxmayaraq vəziyyəti dəyişmək üçün hələlik diplomatiyadan və bəyanatlardan uzağa gedə bilmir. Prezidentliyə respublikaçı namizəd Con Makkeyn bəyan edib ki, ABŞ dərhal Azərbaycan, Türkiyə və digər maraqlı dost ölkələrlə BTC neft kəmərinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı məsləhətləşmələrə başlamalıdır. Amerika mətbuatının yazdığına görə, Makkeynin bu təklifi təhlükəlidir, çünki Gürcüstanın ardınca Azərbaycan da Rusiyanın birbaşa hədəfinə çevirə bilər. Türkiyə və Rusiya tarixi rəqiblər olsalar da, bu iki ölkə arasındakı münasibətlər hazırda pis deyil. Rusiyanın Azərbaycana münasibətini isə elə də yaxşı saymaq olmaz. Belə görünür ki, Makkeyn Azərbaycan və Türkiyəni BTC-ni xilas etməkdə ABŞ-a kömək etməyə çağırır. Lakin qətiyyən ağlabatan deyil ki, Azərbaycan BTC-yə görə Rusiya ilə qarşılaşmağa cəsarət etsin. Heç Türkiyənin özündə də belə cəsarət görünmür. Türkiyə rəhbərliyi ancaq onu edə bilir ki, ruslardan Gürcüstandan keçən neft-qaz kəmərlərini vurmamağı xahiş etsin. Ruslar isə vəd edirlər ki, kəmərlər vurulmayacaq, ancaq eyni zamanda tankları bu kəmərlərin üzərindən sağa-sola sürməklə onlara nəzarətin kimin əlində olduğunu göstərirlər. *** Qeyd edildiyi kimi, Gürcüstanda yaranmış vəziyyətlə bağlı Azərbaycanda neft hasilatı faktiki olaraq dayanmaq həddinə çatıb. Vəziyyətin nə vaxt nizamlanacağı və kəmərlərin nə zaman açılacağı bəlli deyil. Belə şəraitdə iqtisadiyyatı böyük ölçüdə neftdən asılı olan Azərbaycanda çox qısa zamanda ciddi problemlər meydana çıxa bilər. Yəni faktiki olaraq Rusiya bir güllə ilə nəinki iki, hətta bir neçə dovşanı vurmuş olur. Rusiya Gürcüstana təcavüz etməklə bir patron da sərf etmədən Azərbaycanı çökdürə və onu özünün vassalına çevirə bilər. Bir halda ki, Gürcüstan ərazisindən keçən kəmərlər Rusiyanın nəzarətinə keçir və ABŞ vəziyyəti dəyişdirmək üçün bəyanatlardan uzağa gedə bilmir, o zaman Azərbaycan qəzəbli “rus ayısı”nın qarşısında hansı güc və vasitə ilə duruş gətirə bilər? Şübhəsiz ki, Azərbaycan BTC-ni və digər kəmərləri ruslardan öz gücünə azad edib onların təhlükəsizliyini təmin etməyə qadir deyil. Göründüyü kimi, Moskvadan həyasızcasına xəbərdarlıq edirlər ki, BTC artıq ölüdür və bir daha işləməyəcək. Deməli, Rusiya Azərbaycana və digər Xəzəryanı ölkələrə işarə edir ki, öz neftini və qazını ancaq onun ərazisindən nəql edə bilər. ABŞ isə etiraf edir ki, yaranmış situasiyada Gürcüstanda güc tətbiqini istisna edir və bunun mənasını görmür. Qərb analitikləri isə qeyd edirlər ki, ABŞ-ın Gürcüstana qoşun göndərmək imkanı yoxdur, çünki Pentaqon İraqda və Əfqanıstanda iki mürəkkəb hərbi əməliyyatlara cəlb olunub. Belə vəziyyətdə Rusiya Azərbaycanın “Şahdəniz” qazını almaq üçün təklifini yeniləyib. Rusiyanın Azərbaycandakı səfirliyinin ticarət nümayəndəsi Yuri Şedrin İTAR-TASS agentliyinə bildirib ki, iki ölkənin liderləri bu məsələdə anlaşıblar, lakin məsələnin biznes tərəfi ilə bağlı danışıqlar aparılmalıdır. *** Gürcüstanda Rusiya işğalının nə zaman sona yetəcəyi isə qaranlıq olaraq qalır. Çünki Rusiya atəşkəs haqda siyasi razılaşmaya baxmayaraq öz qoşunlarını Gürcüstanın içərilərinə doğru yeridir. Dünənə olan məlumatlara görə, Tiflisin 70 kilometrliyindəki Qori şəhəri hələ də Rusiya hərbçilərinin nəzarətindədir. “Exo Moskva” radiostansiyasının bölgədəki müxbiri xəbər verib ki, şəhərin girişinə rus tankları nəzarət edir, gürcü polisi, həmçinin jurnalistlər isə Qoriyə buraxılmır. Rus və osetin hərbçiləri şəhərin girişində bir neçə birgə post qurublar və hər kəsi yoxlayırlar. Potidə də rus tankları qalır. Üstəlik, dünən şəhər üzərində Rusiya bombardmançıları görünüb. Şəhərdəki xarici jurnalistlər müşahidə ediblər ki, üç bombardmançı təyyarə alçaqdan uçaraq limanın üzərindən keçiblər və Gürcüstan ordusunun hazırda rusların nəzarətində olan Senaki hərbi bazasına doğru istiqamət götürüblər. Dünən səhərdən isə Rusiya zirehli texnikası Gürcüstanın Xaraqul rayonunun iki kəndinə daxil olub. Məlumatlara görə, əsgərlər kəndlərə baxış keçirərək ətrafdakı meşələrə çəkiliblər. Rus tankları Xaşuri şəhərinə və Surami kəndinə də daxil olublar. Avqustun 16-na keçən gecə isə ruslar Abxaziyanın Qali rayonu istiqamətindən işğal altındakı Zuqdudi şəhərinə əlavə qüvvələr yeridiblər. Bölgədən verilən məlumata görə, Qoridən Zuqdudi istiqamətinə 50-dən çox tank və zirehli texnika gedib. Onlar şəhərdə dayanmayıblar və hərəkəti davam etdiriblər. Elə həmin axşam Senaki istiqamətindən rus tanklarının və zirehli texnikasının Potiyə doğru hərəkəti qeydə alınıb. Rusiya hərbi komandanlığı isə bütün bu xəbərləri ya təkzib edir, ya da nə baş verdiyi haqda ümumiyyətlə şərh vermir. *** Xəbər verildiyi kimi, ABŞ prezidenti Corc Buş Pentaqona Gürcüstana dənizdən və havadan humanitar yardım göstərilməsi haqda əmr verib. Bu əmrə əsasən humanitar yardım əməliyyatının dəstəklənməsi üçün Gürcüstana dəniz piyadalarının bölmələri də göndərilməli idi. Lakin məlum olub ki, Türkiyə Gürcüstana istiqamət götürən Amerika hərbi gəmilərini Bosfor və Dardanel boğazlarından buraxmır. Bu barədə “Mcclatchy Newspapers” qəzetlər qrupuna eyni vaxtda Amerika administrasiyasındakı bir neçə mənbə məlumat yayıb. Bildirilir ki, prezident Corc Buş Gürcüstana dənizdən yardım göstəriləcəyinə dair vəd verməklə, deyəsən, tələsib. Ağ Ev və Türkiyənin Vaşinqtondakı səfirliyi hələlik məsələ ilə bağlı şərh vermir. “Prezident, deyəsən, bankda nə qədər pul olduğuna baxmadan gürcülərə çek yazıb”- deyə qəzet ABŞ administrasiyasındakı mənbəyə istinadən bildirir. Mənbə deyib ki, prezident Buş Gürcüstana yardım üçün hərbi-dəniz qüvvələrinin istifadə ediləcəyini mətbuat qarşısında deməklə proseslərdən qabağa qaçıb: “Belə məqamlarda biz beynəlxalq müqavilələr üzrə öhdəliklərə, türklər və başqaları ilə münasibətlərimizə, dəniz yollarından hansı gəmilərin istifadə edə biləcəyi haqda razılaşmalara baxmalıyıq”. *** Bildirilir ki, avqustun 15-i gündüzə olan məlumatlara görə, Türkiyə onun nəzarətində olan boğazlardan bir dənə də olsun Amerika hərbi gəmisinin Qara dənizə və Aralıq dənizinə keçməsinə icazə verməmişdi. Amerika administrasiyasındakı mənbə deyib ki, Pentaqon hərbi gəmilərin Gürcüstana yardım əməliyyatına qoşula biləcəyinə şübhə ilə yanaşır. Hazırda ABŞ-ın Aralıq dənizi sularında “üzən hospital” adlandırılan iki gəmisi - “Comfort” və “Mercy” dayanıb, lakin Türkiyənin icazə verəcəyi halda onların Gürcüstan sahillərinə yan alması bir neçə həftə vaxt apara bilər. Qəzet yazır ki, ABŞ-ın Gürcüstana yardım vədini yerinə yetirə bilməməsi digər keçmiş sovet respublikalarının da mümkün Rusiya təcavüzü qarşısında Vaşinqtona güvənə bilməyəcəyini göstərmiş olacaq. Qəzet 2003-cü ildə də Türkiyənin Amerika qoşunlarının ölkə ərazisindən İraqa keçməsinə icazə vermədiyini xatırladıb. *** Qeyd edək ki, Rusiya da ABŞ gəmilərinin Gürcüstan limanlarına yan ala bilməməsi üçün Poti və Batumiyə nəzarət edir. ABŞ Gürcüstana yalnız havadan - Almaniyadakı hərbi bazasından yardım çatdıra bilir. Lakin Rusiyanın iştahı o qədər güclənib ki, bu təyyarələri də hərbi yük daşıması şübhəsi ilə Tiflisə buraxmaya bilər. Belə vəziyyətdə ABŞ-ın Gürcüstana yardım üçün əl-qolu bağlanmış olur. Prezident Buş yaranmış çıxılmaz vəziyyətdə son bir neçə gündür ki, az qala bütün iş gününü Gürcüstana həsr edir. O, avqustun 15-də Texasdakı rançosunda Gürcüstandakı vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının toplantısını keçirib. Bu toplantıdan əvvəl Buş Gürcüstana dair növbəti bəyanatla çıxış edərək bildirib ki, Rusiya bu ölkəyə humanitar yardım üçün bütün yolları açmalıdır: “Rusiya dəniz limanları, aeroportlar, yollar və hava məkanı da daxil olmaqla, bütün yardım kanallarını açmalıdır, Gürcüstana humanitar yardımların göndərilməsinə mane olmamalıdır”. Buş deyib ki, Gürcüstana yardım çatdırılması ilə müdafiə naziri Robert Geyts məşğuldur. ABŞ prezidenti Rusiyanın Gürcüstanda etdiklərini növbəti dəfə pisləyib. *** Məlum olub ki, Gürcüstan ərazilərinin 1/3 hissəsindən çoxunu işğal edən Rusiya bu ölkənin hərbi arsenalını da ciddi ölçülərdə dağıdıb. Rusiya Silahlı Qüvvələri quru qoşunları komandanının köməkçisi İqor Konaşenkov bildirib ki, Gürcüstan ordusuna məxsus 44 tank döyüşə hazır vəziyyətdə qənimət kimi götürülüb. Onun sözlərinə görə, nasaz vəziyyətdə olan və ya köhnə tipli 21 tank isə məhv edilib. Məlumatlara görə, Gürcüstan ordusunun müharibəyə qədər 240 tankı var idi. İ.Konaşenkov deyib ki, Rusiya ordusu Gürcüstana aid onlarla digər zirehli texnikanı, o cümlədən 5 ədəd hava hücumundan müdafiə kompleksini, 15 piyadaların döyüş maşınını, topları, özüyeriyən artilleriya qurğularını, Amerika istehsalı olan zirehli transportyorları və atıcı silahları, o cümlədən qumbaraatanları qənimət kimi götürüb. *** Xəbər verildiyi kimi, ABŞ dövlət katibinin Tiflisə səfəri zamanı Gürcüstan prezidenti M.Saakaşvili Fransa prezidenti Nikolya Sarkozinin atəşin dayandırılmasına dair təklif etdiyi planı imzalayıb. Bu plan 6 bənddən ibarətdir və rus və gürcü qoşunlarının əvvəlki mövqelərinə qayıtmasını, güc tətbiqindən imtina edilməsini nəzərdə tutur. Planda Cənubi Osetiya və Abxaziyanın təhlükəsizliyinin təmin edilməsinə dair danışıqların aparılması da nəzərdə tutulur. Saakaşvili əvvəlcə plandan bu bəndin çıxarılmasını və ora Gürcüstanın ərazi bütövlüyü haqda bənd əlavə edilməsini istəmişdi. Plan Saakaşvili tərəfindən imzalandıqdan sonra faksla Moskvaya göndərilib. ABŞ dövlət katibi Kondoliza Rays Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu plan ətrafında telefon danışığı aparıb. Dünən isə Rusiya prezidenti Dmitri Medvedyevin plana imza atdığı xəbər verilib. Xəbər agentliklərinin məlumatına görə, Rusiya ilə Fransa arasında razılaşdırılmış 6 maddədən ibarət sənədin imzalanması barədə Medvedyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclasda bəyan edib. Prezidentin mətbuat katibi Natalya Timakova bildirib ki, iclasda münaqişədən sonrakı həll məsələləri və humanitar faciənin nəticələrinin aradan qaldırılmasına istiqamətlənmiş addımlar müzakirə edilib. *** Lakin D.Medvedyevin atəşkəs razılaşmasını imzaladığı saatlarda Gürcüstandan Rusiyanın sənədə nə dərəcdə qeyri-ciddi yanaşdığını və işğalı dayandırmaq niyyətində olmadığını təsdiq edən həyəcanlı xəbərlər gəlirdi. “Frans press” agentliyi Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verib ki, Rusiya tankları və zirehli transportyorları Tiflisin 40 kilometrliyinədək yaxınlaşıb. Məlumata görə, rus qoşunları Qoridən çıxıb və onun ətraflarında, Gürcüstan ərazilərinin içərilərində mövqe tutub. Hazırda onlarla tank və zirehli transportyor Tiflis-Sxinvali yolu üzərində dayanıb. Digər məlumata görə, ruslar Kaspi rayonunda - Tiflisdən cəmi 45 kilometr məsafədə yerləşən ərazidə dəmiryol körpüsünü partladıblar. Nəticədə ölkənin dəmiryol nəqliyyatı iflic olub. Gürcüstan DİN məlumat yayıb ki, körpünün partladılması ilə ölkənin şərqi ilə qərbini birləşdirən dəmiryol əlaqəsi kəsilib. Rusiyadan isə bu məlumatı təkzib edirlər. *** Lakin Gürcüstan XİN körpünün partladılması ilə bağlı bəyanat yayaraq beynəlxalq ictimaiyyəti bir daha köməyə çağırıb. Bəyanatda deyilir ki, Rusiya Gürcüstan dövlətçiliyini məhv etmək üçün planlı siyasət aparır: “Beynəlxalq ictimaiyyətin səyləri nəticəsində atəşkəs haqda razılaşmanın imzalanmasına baxmayaraq, Rusiya Gürcüstan ərazilərində hərbi fəaliyyətini davam etdirir və mülki infrastrukturu məhv edir. İşğalçı ordunun hissələri avqustun 16-da Kaspi rayonunda dəmiryol körpüsünün minalayıb və partladıblar. Bununla da ölkənin qərbi ilə şərqi arasındakı dəmiryol əlaqəsi, o cümlədən Gürcüstan limanları ilə əlaqə kəsilib. Rusiyanın işğalı altında olan ərazilərdən qaçqınlar daha təhlükəsiz yerlərə köçmək üçün bu yoldan istifadə edirdilər”. Bəyanatda bildirilir ki, körpünün partladılması nəticəsində ölkədə humanitar fəlakət yarana bilər. Sənəddə o da vurğulanır ki, işğal altında olan ərazilərdə mülki əhali hələ də talan edilir və təhqirlərə məruz qalır.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar