SON XƏBƏRLƏR

Corc Buş: Abxaziya və C.Osetiya Gürcüstanda qalmalıdır

2021.10.20, 07:36
Corc Buş: Abxaziya və C.Osetiya Gürcüstanda qalmalıdır

Gunaz.tv
Corc Buş: Abxaziya və C.Osetiya Gürcüstanda qalmalıdır georgebush.jpg Prezident Buş deyib ki, Cənubi Osetiya və Abxaziya bölgələri Gürcüstanın tərkib hissəsi kimi qalmalıdır. Corc Buş Fransanın vasitəçiliyilə Gürcüstan və Rusiya arasında əldə edilmiş sülh planına Rusiyanın imza atmasını ümidverici addım kimi səciyyələndirib. Bunları prezident Buş öz yüksək rütbəli müşavirləri ilə Texas ştatındakı rançosundan video-konfrans vasitəsi ilə Gürcüstandakı vəziyyətlə bağlı keçirdiyi müzakirələr zamanı deyib. O, Rusiyanın hərəkətlərini dünyanın azad ölkələri üçün tamamilə qəbuledilməz adlandırıb. Prezident Buş Rusiya qoşunlarının Gürcüstandan dərhal çıxarılmasına çağırıb. Prezident Buş Gürcüstana daha çox humanitar yardım göstərəcəyinə söz verib. O, Rusiyaya müraciət edərək özünün dünyada mövqeyini bərpa etmək üçün cəld hərəkət etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar