SON XƏBƏRLƏR

RUSİYA AZƏRBAYCANDAN NEFT İXRACINI TAM DAYANDIRIB

2021.10.20, 07:36
RUSİYA AZƏRBAYCANDAN NEFT İXRACINI TAM DAYANDIRIB

Gunaz.tv
RUSİYA AZƏRBAYCANDAN NEFT İXRACINI TAM DAYANDIRIB Gürcüstandakı körpünün partladılması nəticəsində neftlə dolu yüzlərlə vaqon ünvana çata bilmir 437.jpg Xəbər verildiyi kimi, Rusiya hərbçiləri avqustun 16-da Gürcüstan ərazisində, Qori ilə Tiflis arasındakı Kaspi rayonu ərazisindən keçən dəmir yol körpüsünü partladıb. Nəticədə ölkənin dəmir yolları ilə dəniz limanları arasında əlaqə kəsilib. Həmçinin Gürcüstanın Qərbi ilə Şərqi arasında dəmir yol qatarlarının hərəkəti dayanıb. Körpünün partladılması nəticəsində Azərbaycandan Gürcüstana və geriyə yük daşımaları da kəsilib, həmçinin Gürcüstan ərazisindən Ermənistana yüklərin daşınması dayanıb. Dünən Gürcüstan hökuməti Kaspidə partladılmış körpüyə alternativ kimi Qrakali stansiyasının yaxınlığındakı köhnə körpünü bərpə etməyə başlayıb. ANS-in xəbərinə görə, bərpa işləri sabaha yekunlaşsa, Azərbaycana qayıtmalı olan 450 boş sistern və 650 neftlə dolu vaqon sabah axşam saatlarında ünvana çatacaq. Kaspi şəhəri yaxınlığında dəmir yolu körpüsünün partladılmasından sonraÿ Azərbaycandan dəmir yolu vasitəsilə Batumi və Poti limanlarına yük daşınması hələ də mümkün deyil. Gürcüstan dəmir yolu idarəsindən verilən məlumata görə, körpünün bərpası üçün 10 gün vaxt tələb olunur. Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin Daşıma Proseslərinin İdarəetmə Birliyinin rəisi İsfəndiyar Kərimov isə ANS-ə bildirib ki, hazırda Azərbaycana qayıtmalı olan 450 boş sistern və 650 neftlə dolu vaqon dağıdılmış körpünün o biri üzündə qalıb və Azərbaycana gətirilə bilmir. İ.Kərimovun sözlərinə görə, Gürcüstan tərəfi alternativ yol kimi partladılan körpünün yanındakı Qrakali stansiyasının yaxınlığındakı köhnə körpünü artıq bərpa etməyə başlayıb. Bərpa işləri sabah başa çatmalıdır. İş yekunlaşsa, avqustun 18-dən Azərbaycandan Poti və Batumi limanları ilə dəmiryolu əlaqəsi bərpa olunacaq.ÿ Böyük Kəsik dəmir yolu stansiyasının rəisiÿ Fəxrəddin Rzayevin ANS-ə verdiyi məlumata görə, Gürcüstandan Azərbaycana və əksinə, sərnişin daşınmasında heç bir problem yoxdur, sərnişin qatarları öz qarafikinə uyğun hərəkət edir. Problem yalnız neft, neft məhsulları və digər yüklərin daşınmasındadır. Belə ki, dünəndən bu günə 136 vaqon hələ də stansiyada gözləməkdədir. Qeyd edək ki, körpünün üzərindən Batumiyə və Potiyə gedən dəmir yolu xətti keçdiyindən, artıq bu limanlarla Azərbaycandan dəmir yolu əlaqəsi tamamilə kəsilib. Hazırda Azərbaycan nefti bu limanlara daşına bilmir. Bununla da Azərbaycan neftinin dəmir yol vasitəsilə nəqli də dayanıb. Az öncə Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin dayandırılması nəticəsində Azərbaycandan neft ixracı kəskin şəkildə azalmışdı. Neft yalnız cüzi həcmdə Bakı-Novorossiysk kəməri və dəmir yolu vasitəsilə sisternlərlə nəql olunurdu. Belə görünür, Rusiyanın Kaspi körpüsünü partlatmaqda məqsədi də məhz Azərbaycan neftinin Gürcüstan ərazisindən nəqlini tam dayandırmaq olub. Bundan əvvəl Qərb KİV-ləri və nüfuzlu ekspertləri qeyd edirdilər ki, Rusiyanın Gürcüstana müdaxiləsində əsil məqsəd bu ölkə ərazisindən neft-qaz nəqlini dayandırmaq, beləliklə də Xəzərin enerji ehtiyatları üzərinə nəzarəti tam ələ almaqdır. Bir gün əvvəl isə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə müşaviri Aleksandr Duqin Türkiyənin “Cümhuriyyət” qəzetinə açıqlamasında bildirmişdi ki, Bakı-Tiflis-Ceyhan artıq ölüb və bu kəmər bir daha açılmayacaq. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar