SON XƏBƏRLƏR

Prezident Abdullah Gül İrəvana daha bir barışıq mesajı göndərib:TÜRKİYƏ ERMƏNİSTANIN DÜŞMƏNİ DEYİL

2021.10.20, 07:36
Prezident Abdullah Gül İrəvana daha bir barışıq mesajı göndərib:TÜRKİYƏ ERMƏNİSTANIN DÜŞMƏNİ DEYİL

Gunaz.tv
TÜRKİYƏ ERMƏNİSTANIN DÜŞMƏNİ DEYİL Prezident Abdullah Gül İrəvana daha bir barışıq mesajı göndərib 1017.jpg Türkiyə prezidenti Abdullah Gül bəyan edib ki, onun ölkəsi Ermənistanın düşməni deyil. Nevşəhr vilayətinə səfəri zamanı Gül jurnalistlərin suallarına cavab olaraq deyib ki, Türkiyə regionun bütün ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir: “Gec-tez regiondakı dondurulmuş münaqişələr həllini tapmalı və sülh, əmin-amanlqı bərpa edilməlidir. Biz regiondakı ölkələrin heç biri ilə düşmən deyilik, o cümlədən Ermənistanla”. Abdullah Gül deyib ki, Ermənistan prezidenti Serj Sərkisyanın ona iki ölkənin milli futbol komandalarının oyununa baxmaq üçün İrəvana səfər dəvətini hələ nəzərdən keçirir. Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında son vaxtlar bir sıra qarşılıqlı barışıq mesajları müşahidə edilib. İki ölkə diplomatları arasında İsveçrədə aparılan gizli danışıqlarda Ermənistanla Türkiyə arasındakı problemlərin həlli yolları müzakirə olunub. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar