SON XƏBƏRLƏR

Gürcüstan Azərbaycandan yardım istədi

2021.10.20, 07:36
Gürcüstan Azərbaycandan yardım istədi

Gunaz.tv
Gürcüstan Azərbaycandan yardım istədi meshe-yangin-yeni.jpg Gürcüstan Azərbaycan, Ukrayna və Türkiyəyə müraciət edərək Borjomi-Xaraqauli qoruğunda başlayan yanğını söndürmək üçün kömək istəyib. Lent.az-ın “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, yanğınsöndürən təyyarələr yaxın müddətdə Gürcüstana uçacaqlar. Meşə massivində artıq üç gündür davam edən yanğın 200 hektar ərazini əhati edib. Gürcüstan hökuməti bildirir ki, Borjomi meşəsi Rusiya təyyarələrinin bombardmanı nəticəsində yanmağa başlayıb. Rusiya isə öz növbəsində ittihamı qəti şəkildə rədd edərək yanğının söndürülməsində yardımçı olmağa hazır olduğunu bildirib: “Biz Gürcüstan tərəfinin istənilən təbii fəlakətin məsuliyyətini Rusiyanın üzərinə atmaq istəyini başa düşürük. Amma bizim Borjomi meşələrindəki yanğına heç bir aidiyyatımız yoxdur. Buna baxmayaraq Gürcüstan tərəfi rəsmi müraciət etsə yanğının söndürülməsinə kömək edə bilərik”. Azərbaycan, Ukrayna, Türkiyə və Ermənistan da yanğının söndürülməsinə kömək göstərməyə hazır olduqlarını bildiriblər. Artıq Türkiyə və Ukrayna təyyarələrinin Gürcüstana uçduğu qeyd edilir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar