SON XƏBƏRLƏR

Xəzər İbrahim: “Azərbaycanın MDB-dən çıxmaq niyyəti yoxdur”

2021.10.20, 07:36
Xəzər İbrahim: “Azərbaycanın MDB-dən çıxmaq niyyəti yoxdur”

Gunaz.tv
Xəzər İbrahim: “Azərbaycanın MDB-dən çıxmaq niyyəti yoxdur” xezer-ibrahim.jpg Hazırda Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq niyyəti yoxdur. APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib. O, istənilən təşkilata daxil olmağın və oradan çıxmağın hər bir dövlətin suveren hüququ olduğunu qeyd edib. LENT.AZ ---------------------------------------------------------------------- Gürcüstan prezidenti xalqa müraciət etdi Gürcüstan prezidenti Mixail Saakaşvili xalqa müraciət edərək Moskva ilə danışıqlara hazır olduğunu bildirib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, prezident bunun üçün Rusiya qoşunlarının ölkə ərazisindən çıxmalı olduğunu vurğulayıb. Mixail Saakaşvili qısa müddət ərzində böhranın nəticələrini aradan qaldırmağa və regionda dinc həyatı bərpa etməyə də söz verib: “Gürcüstan çox ciddi və çətin imtihan verdi. Gürcü cəmiyyəti hələ də rus işğalçılarına qarşı mübarizəni davam etdirir. Gürcü xalqının müqaviməti bütün dünyada heyranlıqla qarşılanıb. Paytaxt təslim olmadı və 1921-ci ildən fərqli olaraq hökumət heç bir yerə qaçmayaraq fəaliyyətini davam etdirdi. Xalq küçələrə çıxaraq hökuməti devirmədi və passiv şəkildə qəhrəmancasına müqaviməti davam etdirir”. Qeyd edək ki, Saakaşvili bundan əvvəl növbəti dəfə Rusiya hərbçilərini ölkəni tərk etməyə çağırıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar