SON XƏBƏRLƏR

Pərviz Müşərrəf istefaya getdi

2021.10.20, 07:36
Pərviz Müşərrəf istefaya getdi

Gunaz.tv
Pərviz Müşərrəf istefaya getdi pakistan-istefa.jpg Pakistan prezidenti taleyini xalqın iradəsinə buraxdığını bildirib Pakistan prezidenti Pərviz Müşərrəf bu gün televiziya ilə xalqa müraciət edərək istefaya getdiyi barədə qərarını açıqlayıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, impiçment təhlükəsi ilə üzləşən prezident qərarı hüquqşünaslar və tərəfdarları ilə müzakirələrdən sonra qəbul etdiyini vurğulayıb: “Mən taleyimi xalqın iradəsinə buraxıram”. Agentliklər qeyd edirlər ki, prezidentin istefa ilə bağlı ərizəsi yaxın müddət ərzində parlamentin müzakirəsinə veriləcək. Müşərrəf istefaya getməklə bu günə nəzərdə tutulan impiçment prosedurundan yayına bilib. Qeyd edək ki, ancaq könüllü istefaya getməsi Müşərrəfin toxunulmazlığını təmin edir. Pakistan prezidenti ona qarşı irəli sürülən korrupsiya ittihamını rədd edib. Pərviz Müşərrəfin impiçmenti ilə bağlı məsələ keçmiş baş nazir, mərhum Benəzir Bhuttonun yaratdığı və hazırda onun həyat yoldaşının başçılıq etdiyi Pakistan Xalq Partiyası, eləcə də daha bir keçmiş baş nazir Nəvaz Şərifin başçılıq etdiyi Müsəlman liqası-N partiyasına daxil olan müxalif deputatlar tərəfindən qaldırılıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar