SON XƏBƏRLƏR

MAKKEYN BAKI-CEYHANI QORUMAĞA ÇAĞIRIR

2021.10.20, 07:36
MAKKEYN BAKI-CEYHANI QORUMAĞA ÇAĞIRIR

Gunaz.tv
MAKKEYN BAKI-CEYHANI QORUMAĞA ÇAĞIRIR “ABŞ tezliklə hərəkətə keçməlidir” 1556.jpg Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə nəmizəd, senator Con Makkeyn bəyan edib ki, Rusiya neft və qazdan strateji alət kimi istifadə edir. Onun sözlərinə görə, rəsmi Vaşinqton Bakı-Tiflis-Ceyhan neft kəmərinin təhlükəsizliyindən narahat olmalıdır. “Bu boru kəməri dağılsa və ya Rusiyanın nəzarəti altına keçsə, Avropaya gedən enerji daşımaları Moskvanın təsiri nəticəsində daha da çətinləşəcək. Gürcüstan Qafqazda strateji geosiyasi mövqeyə malikdir”. Con Makkeyn Amerika seçicilərinə müraciətində deyib ki, Rusiyanın Gürcüstanda hökmranlığı Qərb üçün neqativ nəticələrə səbəb ola bilər. Prezidentliyə respublikaçı namizəd əlavə edib ki, Rusiyanın Gürcüstandakı hərəkətləri dünya neft-qaz bazarlarında Qərb üçün mənfi nəticələrə səbəb olacaq. “Bu təcavüzün və münaqişənin dünya energetika bazarı üçün fəsadları tezliklə özünü göstərəcək. Ona görə də ABŞ mümkün qədər qısa müddətdə özünün enerji təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməlidir”. Makkeynə görə, ABŞ öz neft ehtiyatlarını işə salmalıdır. Bundan əvvəl Makkeyn təklif etmişdi ki, ABŞ BTC-nin təhlükəsizliyini təmin etmək üçün təcili olaraq Azərbaycan və Türkiyə ilə danışıqlara başlamalıdır. Xatırladaq ki, Rusiyanın Gürcüstana təcavüzü nəticəsində bu ölkədən keçən neft kəmərləri bağlanıb. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar