SON XƏBƏRLƏR

Sarkozi Rusiyanı Avropa Birliyi ilə hədələdi

2021.10.20, 07:36
Sarkozi Rusiyanı Avropa Birliyi ilə hədələdi

Gunaz.tv
Sarkozi Rusiyanı Avropa Birliyi ilə hədələdi sarkoz-hede-rus.jpg Cənubi Osetiya münaqişəsində vasitəçi kimi çıxış edən Fransa prezidenti Nikolya Sarkozi Rusiyanı Avropa Birliyi ilə hədələyib. Lent.az-ın “Le Figaro” qəzetinə istinadən verdiyi məlumata görə, Sarkozi Moskvanı razılaşmanın şərtlərini pozmamağa və qoşunlarını Gürcüstan ərazisindən çıxartmağa çağırıb. Fransa prezidenti qoşunların dərhal çıxarılmasını tələb edib: “Bu məsələ müzakirə olunmamalıdır. Avqustun 7-dən etibarən Gürcüstan ərazisinə daxil olan bütün Rusiya qoşunları çıxarılmalıdır. Əgər razılaşma tez bir zamanda və tam şəkildə həyata keçirilməsə, mən Avropa Birliyinin növbədənkənar şurasını çağıraraq vəziyyəti müzakirə etmək məcburiyyətində qalacağam”. Fransa prezidentinin fikrincə, vəziyyətin stabilləşdirilməsi üçün qoşunların çıxarılmasından əlavə çox işlər görmək lazımdır: “Beynəlxalq birlik tərəflərin öz öhdəliklərini yerinə yetirməsinə nəzarət etməlidir. Biz eyni zamanda Moskvanın konkret vəziyyətdə Gürcüstana həddən artıq və sərt cavab verdiyini və ya Rusiyanın qonşularına və beynəlxalq birliyə qarşı siyasətini sərtləşdirdiyini müəyyən etməliyik. Bu isə qaçılmaz olaraq AB ilə münasibətlərə təsir göstərəcək. Rusiyaya başa salmaq lazımdır ki, bizim dövrümüzün problemlərinin həllində məsuliyyətli və konstruktiv mövqe tutsa onun fikrinə qulaq asılacaq və hörmət ediləcək”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar