SON XƏBƏRLƏR

Rusiya Cənubi Osetiyada ballistik raket yerləşdirir

2021.10.20, 07:36
Rusiya Cənubi Osetiyada ballistik raket yerləşdirir

Gunaz.tv
Rusiya Cənubi Osetiyada ballistik raket yerləşdirir rus-qoshun-cemleme.jpg Qoşunların Gürcüstan ərazisindən çıxarılması barədə öhdəliyin əksinə olaraq Rusiya gürcü-osetin münaqişəsi zonasına yeni qüvvələr yeridir. Lent.az-ın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, Moskva Cənubi Osetiya ərazisində bir neçə “Toçka” (Qərb klassifikasiyasında SS-21) operativ-taktiki raket kompleksləri yerləşdirib. Pentaqonun yüksək vəzifəli məmurunun qəzetə verdiyi informasiyaya görə, kiçik radiuslu ballistik raket kompleksləri Cənubi Osetiyaya avqustun 15-də göndərilib. Sxinvali ətrafında yerləşdirilən bu raket kompleksləri Gürcüstan ərazisinin böyük bir hissəsini, o cümlədən Tiflis və Kutaisini vura bilərlər. Qeyd edək ki, Amerika tərəfi hələ avqustun 12-də Rusiyanın SS-21 raketlərindən istifadə etdiyini açıqlamışdı. Bu raketlərin fraqmentləri Poti şəhəri yaxınlığında tapılıb. Raketlərdən biri polis avtomobilinə dəyib. Pentaqon Rusiyanın avqustun 8-dən etibarən gürcü mövqeləri istiqamətində SS-21 komplekslərindən 15 raket buraxdığını açıqlayıb. Bundan əlavə, Rusiya münaqişə zonasına əlavə qüvvələr yeritməkdə də davam edir. Pskovdakı 76-cı hava-desant diviziyasının batalyonu Beslana yerləşdirilib. Kostromadakı 98-ci hava-desant diviziyasının hissələri də Şimali Osetiyaya göndərilir. Tu-95MC strateji bombardmançıları isə son üç gün ərzində Qara dəniz üzərində uçuşlar həyata keçiriblər. Təyyarələr Gürcüstan ərazisində hərbi əməliyyatı təlim edirlər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar