SON XƏBƏRLƏR

Rusiya C.Osetiyada bərkiyib qalmaq fikrindədir

2021.10.20, 07:36
Rusiya C.Osetiyada bərkiyib qalmaq fikrindədir

Gunaz.tv
Rusiya C.Osetiyada bərkiyib qalmaq fikrindədir 20080814073137georgia-ap11.jpg Amerika Gürcüstana humanitar yardım göndərir Bu gün mətbuatın diqqət mərkəzində diplomatik manevrlər qalır. Bu arada Rusiya qoşunları Gürcüstanda mövqelərini möhkəmlətməklə məşğuldurlar. Cənubi Osetiya Rusiyanın tam nəzarətindədir. Rusiya göründüyü kimi, artıq burda bərkiyib qalmaq fikrindədir. Rusiyanın Gürcüstandakı əməlləri iki xətt üzrə inkişaf etməkdədir. Birincisi hərbidir və Gürcüstanın hərbi infrastrukturunun dağıdılması davam etməkdədir. Bura radar stansiyalarının və hərbi gəmilərin sıradan çıxarılması da daxildir. Bu həftənin əvvəlində Rusiya Gürcüstanın, onun təbirincə desək, təcavüzkar qabiliyyətini puç edəcəyini vəd edib. İkinci xətt isə Rusiyanın informasiya müharibəsi ilə bağlı yeritdiyi siyasətdir. Rusiyanın Fövqəladə vəziyyətlər üzrə nazirliyi Cənubi Ossetiyanı elektron kommunikasiya vasitələri ilə təmin etməyə cavabdehlidir. Bu nazirliyin ənənəvi olaraq Kremllə yaxın əlaqələri mövcuddur. Nazirlik bildirib ki, rus şirkətləri təcilli olaraq Cənubi Osetiyada Rusiyanın daxili sistemlərinə bağlanan mobil telefon şəbəkəsi yaradacaqlar. Regiona rus qəzetlərinin də yayılmasına başlanıb. Bu gün Rusiyanın üç televiziya kanalının regionda yayına başlayacağı da nəzərdə tutulub. Bunun üçün artıq tələsik olaraq televiziya qüllələri də yerləşdirilib. Rusiya televiziyasına dövlət nəzarət edir və ondan regionda güclü təbliğat aləti kimi istifadə edilir. Bu arada başqa vacib hadisələr də baş verməkdədir. Belə görünür ki, Rusiya Cənubi Osetiyada tam nəzarəti ələ almaq istiqamətində hərəkət edir. Yəni, dövlət şirkəti olan Rusiya "Ekonombank"ının filialının açılmasında məqsəd yerli əhaliyə maliyyə yardımını paylamaqdır. Siyasi nəzarət məsələsi Rusiya üçün elə də böyük problem təşkil etmir. Yerli separatçı rəhbərliyin Moskva ilə yaxın əlaqələri var. Son illər ərzində Rusiya regionda sakitcə şəkildə sadiq hakim dairələri və təhlükəsizlik rəsmilərini yerləşdirməyə nail olublar. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar