SON XƏBƏRLƏR

PENTAQON RƏHBƏRİ: “VAŞİNQTON RUSİYA İLƏ MÜNASİBƏTLƏRƏ YENİDƏN BAXMAĞA MƏCBURDUR”

2021.10.20, 07:36
PENTAQON RƏHBƏRİ: “VAŞİNQTON RUSİYA İLƏ MÜNASİBƏTLƏRƏ YENİDƏN BAXMAĞA MƏCBURDUR”

Gunaz.tv
PENTAQON RƏHBƏRİ: “VAŞİNQTON RUSİYA İLƏ MÜNASİBƏTLƏRƏ YENİDƏN BAXMAĞA MƏCBURDUR” “Biz Rusiyanın üzünün başqa tərəfini gördük. Düşünürdük ki, bu sima artıq keçmişdə qalıb”. Bu fikirləri Pentaqon rəhbəri Robert Qeyts söyləyib. Onun sözlərinə görə, Vaşinqton Rusiya ilə münasibətlərə yenidən baxmağa məcburdur: “Aydın məsələdir ki, biz Rusiya ilə gələcək strateji münasibətlərin istiqamətlərinə yenidən baxmalı olacağıq. Bu isə böyük ölçüdə Rusiyanın bu gündən etibarən nümayiş etdirəcəyi davranışdan asılı olacaq”. versiya ------------------------------------------------------------------- GÜRCÜSTAN ORDUSU HƏRBİ ƏMƏLİYYATLARDA 133 NƏFƏR İTKİ VERİB Gürcüstan ordusunun Sxinvalidə keçirilən hərbi əməliyyatlarda verdiyi itkilərlə bağlı yekun rəqəmlər açıqlanıb. Vaziani hərbi bazasına baş çəkən müdafiə naziri David Kezeraşvili bu əməliyyatlarda 133 hərbçinin öldüyünü, 50 hərbçinin isə itkin düşdüyünü bildirib: “Biz bu əməliyyatlarda 133 nəfər itki vermişik. Gürcüstan hökuməti həlak olan hərbçilərin ailələrinin qayğısına qalacaq”. Qeyd edək ki, Gürcüstan Səhiyyə Nazirliyi son əməliyyatlarda həlak olan mülki şəxslərin sayının 175 nəfərə çatdığını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar