SON XƏBƏRLƏR

Medvedev: Rusiya qoşunu avqustun 18-dən geri çəkiləcək

2021.10.20, 07:36
Medvedev: Rusiya qoşunu avqustun 18-dən geri çəkiləcək

Gunaz.tv
Medvedev: Rusiya qoşunu avqustun 18-dən geri çəkiləcək _44931787_medvedev_203i.jpg Kremlin sözçüsü BBC-yə bildirib ki, Rusiya qoşunları Gürcüstan ərazisindən bazar ertəsi çıxarılmağa başalayacaq. Lakin bu, əslində, atəşkəs şərtlərinə tam əməl edildiyi kimi deyil, Moskvanın bir növ güzəşti kimi görünür. Atəşkəs sazişinə əsasən, bölgədəki bütün əlavə Rusiya qüvvələri öz əvvəlki yerlərinə qayıtmalıdırlar, lakin Kreml deyir ki, ruslar ancaq Gürcüstandan qopmuş Cənubi Osetiya bölgəsinə çəkiləcək. Kreml deyir ki, Rusiya qüvvələri Cənubi Osetiyada 1999-cu ildə razılaşdırılmış təhlükəsizlik zonasında yerləşdiriləcək. Bu da vurğulanır ki, hətta bu da yalnız o zaman baş verəcək ki, Gürcüstan sazişdə təsbit olunmuş şərtlərə tam riayət etsin və qoşunlarını Gürcüstanın daxilindəki daimi bazalara çəksin. Bütün bu hadisələrin inkişafı Fransanın xəbərdarlığına rəğmən baş verir. Fransa prezidenti Nikolə Sarkozi telefon söhbətində prezident Dmitri Medvedevə bildirmişdi ki, əgər Rusiya verdiyi vədə əməl etməyib qüvvələrini Gürcüstandan çıxarmasa, Rusiyanın Avropa İttifaqı ilə münasibətləri ciddi şəkildə korlanacaq.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar