SON XƏBƏRLƏR

PAKİSTANDA SİYASİ GƏRGİNLİK ARTIB

2021.10.20, 07:36
PAKİSTANDA SİYASİ GƏRGİNLİK ARTIB

Gunaz.tv
PAKİSTANDA SİYASİ GƏRGİNLİK ARTIB perviz_muserref1.jpg Pakistan hökumətinin Birləşmiş Ştatları dəstəklənməsinə etiraz əlaməti olaraq Kəraçidə nümayiş keçirilib. Hökumətin prezident Pərviz Müşərrəfə istefa üçün verdiyi iki günlük vaxtın bir günü artıq arxada qalıb. Cəmai-İslamiyyə təşkilatının 5 mindən çox tərəfdarı Kəraçidə kütləvi aksiya keçirib. Amerikaya qarşı etiraz şüarları səsləndirən nümayişçilər Birləşmiş Ştatları dəstəkləyən istənilən şəxsin vətən xaini olduğunu bəyan ediblər. Nümayişçilər Amerikanın Pakistan ərazində anti-terror əməliyyatı keçirməsi və həmçinin Pakistan hökumətinin bu sahədə yürütdüyü siyasətə də etirazlarını bildiriblər. Onlar qarşıdurmanın aradan qaldırılması üçün danışıqların başlamasını tələb edib. Pakistan təhlükəsizlik qüvvələrinin şimal-qərb bölgədə apardığı 10 günlük əməliyyatlarda artıq 170-dən çox insan həlak olub. Hökumətin bu siyasətini pisləyən nümayişçilər ərzağın qiymətinin qalxmasına da etiraz ediblər. Hökumət və prezident arasında gərginliyin artması artıq özünü nümayişlərdə əks etdirməyə başlayıb. Pakistan hökumətinin prezident Pərviz Müşərrəfə verdiyini iki günlük istefa müddəti isə sbah başa çatır. Əgər bu müddət ərzində prezident istefa verməzsə, hökumət ona qarşı impiçment prosesini başladacaq. Pərviz Müşərrəf isə istefaya getməyəcəyini bəyan edir. Ekspertlərsə Pakistandakı siyasi gərginliyin artıq pik nöqtəsinə çatdığını düşünürlər. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar