SON XƏBƏRLƏR

AMERİKA YƏHUDİ KOMİTƏSİNİN DEPARTAMENT RƏHBƏRİ: “YƏHUDİLƏRƏ ƏN İDEAL MÜNASİBƏTİ AZƏRBAYCANDA GÖRDÜM”

2021.10.20, 07:36
AMERİKA YƏHUDİ KOMİTƏSİNİN DEPARTAMENT RƏHBƏRİ: “YƏHUDİLƏRƏ ƏN İDEAL MÜNASİBƏTİ AZƏRBAYCANDA GÖRDÜM”

Gunaz.tv
AMERİKA YƏHUDİ KOMİTƏSİNİN DEPARTAMENT RƏHBƏRİ: “YƏHUDİLƏRƏ ƏN İDEAL MÜNASİBƏTİ AZƏRBAYCANDA GÖRDÜM” baki-2.jpg “Yəhudilərlə ən ideal münasibəti Azərbaycanda gördüm”. Bunu açıqlamasında Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin keçmiş SSRİ respublikaları ilə iş departamentinin rəhbəri Samuel Kliger deyib. Azərbaycanda ilk dəfə olduğunu söyləyən S. Kliger yəhudi icmalarının nümayəndələri ilə görüşlərdə burada yəhudilərə hər zaman yaxşı münasibətin olduğunu, onların özlərini vətənlərindəkimi kimi hiss etdiklərini öyrəndiyini bildirib. Qonaq rəhbərlik etdiyi departament barədə məlumat verərək, 3 istiqamətdə fəaliyyət göstərdiklərinin qeyd edib: “SSRİ-dən gəlmiş həm yəhudi, həm də qeyri-yəhudi emiqrant qrupların təhqiqatı, keçmiş SSRİ-dən olan bütün dünya üzrə rusdilli icmalarla əlaqələr yaratmaq və xalq diplomatiyası qurmaqla məşğuluq”. Azərbaycana da xalq diplomatiyası xətti ilə səfər etdiklərini deyən S. Kliger burada gördüklərindən məmnun qaldığını vurğulayıb. Bundan öncə Baltikyanı ölkələrdə və Ukraynada olduqlarını söyləyən qonaq gələcəkdə Mərkəzi Asiya ölkələri və Moldovaya da analoji səfərlər edəcəklərinin deyib: “Məqsədimiz yeni dostlar tapmaq, dostluğu inkişaf etməkdir”. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar