SON XƏBƏRLƏR

Rusiyaya beynəlxalq təzyiqlər artır

2021.10.20, 07:36
Rusiyaya beynəlxalq təzyiqlər artır

Gunaz.tv
Rusiyaya beynəlxalq təzyiqlər artır 20080817115754georgia_russian203.jpg Rusiya bildirib ki, qoşunlarını bu gün Gürcüstandan çəkməyə başlayacaq. Tərəflər arasında imzalanmış atəşkəs sazişində deyilir ki, hər iki ölkənin hərbi qüvvələri münaqişə başlanmazdan öncıki mövqelərinə qayıdırlar. Moskva bu bəyanatı verəndən sonra beynəlxalq ictimaiyyət Rusiyaya diplomatik təzyiqlər göstərməyə başlayıb. Fransa bildirib ki, qoşunların geri çəkilməsinə bu gün günorta başlanılacaq. Kreml isə deyir ki, o heç bir vaxt filan göstərməyib. Fransız rəsmiləri deyiblər ki, Prezident Nikola Sarkozi Rusiya Prezidentini xəbərdar edib kiə əgər sülh razılaşmasına əməl etməsə nəticələr Moskva üçün pis olacaq. Amerikanın dövlət katibi Kondoliza Rays deyib ki, Rusiyanın bütün diplomatik, siyasi, təhlükəsizlik, iqtisadi təmayüllü beynəlxalq instututların partnyoru kimi nüfuzu darmadağın olub. Amerikanın dövlət katibi Robert Qeyts isə deyib ki, Rusiyanın davranışı sovet dövrünə xasdır və 21-ci əsrdə belə bir hərəkətə yer yoxdur. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar