SON XƏBƏRLƏR

BİRİ İSRAİLƏ "DOST", BİRİ "DÜŞMƏN" DEYİR_Hakimiyyət daxilində ABŞ və İsrailə münasibətdə fikir ayrılığı var

2021.10.20, 07:36
BİRİ İSRAİLƏ "DOST", BİRİ "DÜŞMƏN" DEYİR_Hakimiyyət daxilində ABŞ və İsrailə münasibətdə fikir ayrılığı var

Gunaz.tv
35174_1 BİRİ İSRAİLƏ "DOST", BİRİ "DÜŞMƏN" DEYİR Hakimiyyət daxilində ABŞ və İsrailə münasibətdə fikir ayrılığı var S.SƏDRƏDDİN İran prezidenti Mahmud Əhmədinijat ölkə televiziyası ilə çıxışında bildirib ki, nüvə proqramına dair Qərblə danışıqlar üçün "bütün yollar açıqdır". O, məruzəsində Amerika təmsilçisinin məsələyə aid müzakirələrdə iştirakını yüksək dəyərləndirib. ABŞ-la İslam Respublikası arasında münasibətlərin beynəlxalq hüquq normalarında inkişaf etdirilməsinin bərpası bəlkə də Yaxın Şərqin ən əsas məsələlərindəndir. Son bir neçə il ərzində, xüsusi ilə islahatçı adı altında prezidentlik etmiş Xatəminin dövlət başında olduğu illərdə bu problemin tezliklə həlli gözlənilirdi. Amma onun prezidentliyi illərində ayətulla Xomeyninin sağlığında ələqalərin yasaqlandığı bir sıra dövlətlər, o cümlədən Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa başlandı. Bundan başqa, Xatəmi ABŞ başda olmaqla Qərblə isti münasibətlərin qurulmasında görüntü xatirinə də olsa bir sıra cəhdlər etmişdi. "Sivilizasiyalararası dialoq" tezisini müdafiə etməklə, o bunu beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Ancaq bir müddət sonra bütün bunların deklorativ mahiyyət daşıdığı bəlləndi. Bu yaxınlarda isə Assoşieyted Press agentliyi 30 illik fasilədən sonra ABŞ hakimiyyətinin Tehranda səfirlik açmaq niyyətində olduğu barədə məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, Ağ ev bu məsələni ciddi şəkildə araşdırmağa başlayıb. Agentliyin məlumatına görə, bu diplomatik korpus səfirlik funksiyasını yerinə yetirəcək. İran parlamentinin sədri Əli Laricani Amerikanın Tehranda səfirliyini açmasının İslam Respublikasının xeyrinə olacağı barədə yayılmış xəbərləri "yalan" adlandırıb. "Bu haqda danışmaq mənə maraqlı deyil. İki il öncə İran hakimiyyəti ABŞ-ı dövlətlər arasında birbaşa reyslər açmağa çağırdı. Biz istəyirdik ki, iranlılar Amerikaya birbaşa uça bilsinlər. Əgər onlar bu məsələdə səmimi olsa idilər, o zaman bizim sorğumuza cavab verərdilər", - deyə o vurğulayıb. ABŞ-ın oxşar diplomatik missiyası Kubada fəaliyyət göstərməkdədir. ABŞ-ın İrandakı mənafeyini İsveçrənin Tehrandakı səfirliyi müdafiə etməkdədir. İranın Amerikada maraqlarını isə Pakistanın Vaşinqtondakı böyük elçiliyində 40 nəfərdən ibarət iranlı diplomatik korpus qoruyur. Yeri gəlmişkən, İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi qurumun Cenevrədəki təmsilçiliyində oturur. Laricanidən fərqli olaraq, xarici işlər naziri Mənuçehr Müttəki BMT-nin İqtisadi-İctimai Şurasının iclasına qatılmaq üçün Nyu-Yorka gedərkən, jurnalistlərə açıqlamasında bəhs etdiyimiz məsələ ilə bağlı deyib ki, Amerika rəsmi təklif irəli sürərsə, o zaman buna baxıla bilər. O, Vaşinqton tərəfindən bu haqda rəsmi müraciət edilmədiyini söyləyərək, uçuş reysləri ilə bağlı Laricaninin dediklərini təkrarlayıb. İran prezidentinin müşaviri Müctəba Samiri-Haşimi "Vaşinqton post"a müsahibəsində demişdi ki, bu ideya daha çox "təbliğata xidmət edir". Prezident Mahmud Əhmədinijatın yaxın dostu sayılan müşavirin sözlərinə görə, İran-Amerika münasibətlərinin yaxşılaşmasından ötrü ilk növbədə "ABŞ öz qoşununu İraqdan çıxarmalı və Tehranın ölkə ərazisində uranın zənginləşdirilməsi fəaliyyəti ilə hesablaşmalıdır". Onun fikrincə, əvvəlcə Amerika öz davranışında dəyişiklik etməli, ondan sonra "biz nələrin baş verəcəyinə baxa bilərik". S.Haşimi əlavə edib ki, hərbi zərbənin endiriləcəyi barədə hədələrlə Tehran hakimiyyətini "qorxutmaq mümkünsüzdür". "İrana hücum etmək istəyən istənilən hakimiyyət yalnız bizim bölgədə deyil, eləcə də dünyanın başqa yerlərində də özünü rahat hiss etməyəcək", - deyə o vurğulayıb. Ötən ay İslam Respublikası üçün ən önəmli hadisə İranın atom-nüvə məsələsi ilə bağlı Cenevrədə keçirilən toplantıda Amerika təmsilçisinin birbaşa iştirakı idi. Qeyd edək ki, bu il martın 3-də atom-nüvə proqramını dayandırması üçün BMT Təhlükəsizlik Şurası Tehran hakimiyyətinə 90 gün möhlət vermişdi. Bu müddət ərzində İslam Respublikası rəhbərliyi beynəlxalq ictimaiyyəti narahat edən bütün suallara cavab vermədi. Elə ona görə də İrana qarşı qəbul edilmiş qətnamənin tələblərindən irəli gələn sanksiya bir qədər də sərtləşdirildi. Bu baxımdan Tehran növbəti mərhələ üçün vaxt udmaq məqsədi ilə çeşidli üsullara əl atmaqdadır. Qeyd edək ki, mayın 12-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə fəaliyyəti ilə bağlı bölgə üzrə təhlükəsizlik idarəsinin direktoru German Nakertsin başçılığı altında bir heyət Tehranda səfərdə olmuşdu. Amma həmin danışıqlar əsnasında hazırlanmış hesabatdan sonra BMT Təhlükəsizlik Şurası növbəti, üçüncü qətnaməni təsdiqləmişdi. Yeni razılaşmaya əsasən, avqustun 21-dək Tehran hakimiyyəti AEBA-nın planına uyğun olaraq, bütün suallara cavab verərsə, o halda ona qarşı irəli sürülən ittihamlar, o cümlədən atom silahının qanunsuz hazırlanmasına dair iddialar gündəlikdən çıxarıla bilər. Belə bir şəraitdə İrana qarşı hərbi əməliyyatların başlayacağı ilə bağlı ehtimal gündəlikdədir. Bir müddət öncə Si-eN-eN telekanalına müsahibə verən K.Rays bu ehtimalı "uydurma" adlandıraraq deyib ki, onun ölkəsi və İsrail İslam Respublikasına münasibətin diplomatik yolla tənzimlənməsi mövqeyindən çıxış edir, amma prezident Buş "başqa variantların olduğunu da istisna etməyib". Dövlət katibi Buşun hələ də İranı "təhlükəli dövlət" adlandırdığını xatırlatmışdır. Ötən gün İran prezidentinin turizim üzrə müavini İsfəndiyar Rəhim-Məşai bildirib ki, onlar "dünyanın bütün xalqlarına, hətta israillilərə dostcasına münasibət bəsləyirlər". Onun bəyanatı İslam Respublikası KİV-i, eləcə də Turizm Nazirliyinin rəsmi saytında yayılıb. Bu sözün hansı məqsədlə deyildiyi barədə xəbər verilmir. Amma bu sözünə görə parlamentin müvafiq komissiyasına çağırılıb. Tehran rəsmiləri İsrail və ABŞ-a münasibətdə mülayim çıxışlar etməyə başlayıblar. Məsələn, indiyə kimi "Amerikaya ölüm!", "İsrailə ölüm!" şüarları İslam Respublikasının gündəlik deyimlərindən idi. Ölkə prezidenti Mahmud Əhmədinijatın "İsrail dünya xəritəsindən silinməlidir" kimi ifadəsini müavini İsfəndiyar Rəhim-Məşainin "İran İsrail və Amerika xalqı ilə dostluq etmək istəyir"i ilə əvəzlənib. "Dünyanın heç bir dövləti bizə düşmən deyil. ABŞ və İsrail İranın dostudur və bu dövlətlərə biz hörmət edirik. Hesab edirik ki, amerikalılar dünyanın ən dahi millətlərindəndir", - deyə prezidentin müavini söyləyib. Onu da qeyd etmək lazımdır ki, İsfəndiyar Rəhim-Məşainin bu bəyanatına İran KİV-də münasibət bildirilməyib. Ötən il isə o, Türkiyədə turizmlə bağlı tədbirdə rəqqasələrin çıxışına baxmaqda ultramühafizəkarlar tərəfindən tənqid olunmuşdu. Beləliklə, İran rəsmilərinin ABŞ-ın ünvanına sayğılı fikirlər söyləməsi yaxın perspektivdə İran-İsrail münasibətlərində yumşalmaya səbəb ola bilər. Rəhim-Məşai sonradan həmin bəyanatına aydınlıq gətirərək bildirmişdi ki, o, "İsrail" dedikdə "fələstinliləri və Fələstində anadan olmuş israilliləri nəzərdə" tutub. Bununla belə onun məsələni təkzib etməsi ictimaiyyət üçün yetərli sayılmayıb. İslam Respublikası parlamentinin sədri Əli Laricani prezident müavininin söylədiklərinə münasibət bildirərkən deyib: "Biz İsraillə dost deyilik. Ölkənin ali rəhbəri ayətulla Xamneyinin tapşırıqları İslam Respublikası üçün əsasdır". Hakimiyyətin rəsmi təmsilçilərinin bu sayaq fərqli bəyanatları rejim daxilində Qərb, o cümlədən ABŞ-la münasibətlərin qurulmasında fikir ayrılığının olduğunu göstərir. Onu da nəzərə almaq lazımdır ki, ölkə prezidenti Mahmud Əhmədinijatla parlament sədri Əli Laricani arasında narazılıq da var. Xatırladaq ki, məclis rəhbəri ali təhlükəsizlik şurasının katibi vəzifəsindən istefa vermişdi. O zaman bunu hökumət başçısı ilə katib arasında ziddiyyət kimi dəyərləndirmişdilər.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar