SON XƏBƏRLƏR

Ötən gecə Rusiya qoşunlarının Gürcüstandakı mövqelərində dəyişiklik olmayıb

2021.10.20, 07:36
Ötən gecə Rusiya qoşunlarının Gürcüstandakı mövqelərində dəyişiklik olmayıb

Gunaz.tv
Ötən gecə Rusiya qoşunlarının Gürcüstandakı mövqelərində dəyişiklik olmayıb Ötən gecə Rusiya qoşunlarının Gürcüstandakı mövqelərində dəyişiklik olmayıb. Qoridə hələ də Rusiya hərbçiləri və osetin separatçıları qalmaqdadır. Şəhərə gürcü polisi və jurnalistləri buraxılmırlar. Rusiya qoşunları atəşin dayandırılmasına dair dünən imzalanmış razılaşmaya uyğun olaraq, Gürcüstan ərazisini nə vaxt tərk edəcəkləri barədə hələ ki, heç nə demirlər. Dünən Qoridə olan gürcü din xadimləri beş hərbçi və bir nəfər dinc sakinin meyitini gətiriblər. Hazırda cəsədlərin kimliyi müəyyənləşdirilir. Rusiya qoşunları Gürcüstanın Qərbində yerləşən Sameqrelo regionundakı mövqelərini də tərk etmirlər. Orada onlar bütün hərbi bazaları, dövlət idarələrini talan ediblər və talan olunmuş əşyalar Abxaziya istiqamətində aparılıb. Hərbi obyektlərdə də Rusiya hərbçiləri qalmaqdadır. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar