SON XƏBƏRLƏR

Gürcüstanda baş verənlər Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək- Piter Semnebi

2021.10.20, 07:36
Gürcüstanda baş verənlər Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək- Piter Semnebi

Gunaz.tv
"Gürcüstanda baş verənlər Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək"- Piter Semnebi "Gürcüstanda baş verənlər Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək, hətta bu təsirin çox güclü olacağı gözlənilir". Bunu Cənubi Qafqazda baş verənləri təhlil edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ANS TV-yə deyib. “Əlbəttə, Azərbaycan və Ermənistan qonşu ölkələr olduğundan baş verən hadisələr oradakı vəziyyətə də təsir göstərəcək və deyərdim ki, güclü təsir göstərəcək və müəyyən narahatlıq yaradacaq. Bu, bizim tərəfimizdən də problem kimi qiymətləndirilir. Ona görə ki, bizim məqsədimiz Cənubi Qafqazı açıq və çiçəklənən görməkdən ibarətdir”. ---------------------------------------------------------------------- Poti limanının işi tam bərpa olunub Gürcüstanın Qara dəniz Poti limanının fəaliyyəti tam olaraq bərpa olunub. Bu barədə şənbə günü Trend Capital-a telefonla limanın nümayəndəsi bildirib. Fəaliyyəti bazar günü Cənubi Osetiyada silahlı münaqişə nəticəsində Rusiya təyyarələrinin apardığı bombardman səbəbindən dayandırılan Poti limanının işi çərşənbə axşamı qismən bərpa olunub. Hazırda bütün sistemin işi bərpa olunub. Liman sutkada 12 saat (səhər saat 8-dən axşam saat 8-dək) fəaliyyət göstərirdi. Hazırda liman normal rejimdə (24 saat) fəaliyyət göstərir. «İndi normal işləyirik, liman bütün sutka ərzində fəaliyyət göstərir», - deyə limanın nümayəndəsi bildirib. Limanın fəaliyyəti bazar günü axşam, Bakı vaxtı ilə təqribən saat 19:00-da dayandırılıb. Aparılan bombardman nəticəsində liman kommunikasiyalarının enenrji təchizatı sistemi sıradan çıxıb. Hazırda bütün sistemin işi bərpa olunub. Nümayəndə əlavə edib ki, bombardman nəticəsində neft terminalı və dəmir yolu sıradan çıxmayıb. Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar