Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
İki gün öncə Gürcüstan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxdığı haqda qərar qəbul etdi. MDB-nin daha bir üzvü Ukrayna da qurumda qalıb-qalmamaq məsələsinin sentyabr ayında Ali Radanın iclasında müzakirəyə çıxarılacağını açıqlayıb. Ukraynanın məsələni parlamentdə müzakirəyə çıxaracağı bu dövlətin də MDB üzvlüyündən imtina edəcəyi ehtimalını artırır. GUAM çərçivəsində bu ölkələrlə əməkdaşlıq edən Azərbaycan və Moldova isə bu məsələdə son dərəcə ehtiyatlı mövqe nümayiş etdirirlər. Bəs Azərbaycanın müxalifət təşkilatlarının liderləri bu barədə hansı mövqedədirlər? Ölkəmiz MDB-dən çıxmalıdırmı? Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, baş verən hadisələrdən sonra Gürcüstanın MDB-də qalmağa razı olacağını güman eləmək çox çətin idi. Digər dövlətlərə gəldikdə isə bunu proqnozlaşdırmaq asan deyil: “Hər halda, Ukraynanın bu məsələdə mövqeyi çox önəmlidir. Azərbaycan hakimiyyəti də Saakaşvilinin çağırışına ciddi yanaşmalıdır. Hərçənd hakimiyyətin davranışı bu yöndə nikbin olmağa əsas vermir. Ancaq hər halda, düşünməyə dəyər. Çünki MDB süni qurumdur və artıq öz funksiyasını bitirib. İndiki mərhələdə MDB çərçivəsində keçirilən görüşlər, sadəcə, klub xarakteri daşıyır. Azərbaycan MDB üzvü bütün dövlətlərlə ikitərəfli maraqlara əsaslanan münasibətlər qurmağı bacarmalıdır”. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov bildirdi ki, beynəlxalq münasibətlərdə önəminə görə MDB-yə nəinki birinci, hətta ikinci məsələ kimi də baxılmır: “Qurumun Moskvada keçirilən son iclasında Putin bəyan etdi ki, MDB SSRİ-nin dağılmasını tarazlamaq üçün yaranmışdı və bu mənada öz missiyasını yerinə yetirib. MDB ilə bağlı başqa gözləntilər yoxdur. Ona görə də artıq beynəlxalq aləmdə hamı tərəfindən qəbul olunan bir rəy var ki, MDB bir sıra dövlətlərin prezidentlərinin klubuna bənzəyir. MDB son illərdə heç bir ciddi qərarlar qəbul etməyib. Prezidentlər bu klubda vaxtaşırı görüşüb heç bir ciddi qərar qəbul etmədən dağılışırlar”. E.Namazovun fikrincə, Gürcüstanın qərarı MDB-nin taleyində hansısa bir əsaslı rol oynamayacaq. Gürcüstanın həmin gün qəbul etdiyi və mitinqdə elan olunan başqa bir qərar daha önəmlidir: “Bu da onunla bağlıdır ki, Gürcüstan bağladığı sazişlərin hamısını ləğv etdi. Bu qərarın siyasi əhəmiyyəti daha böyükdür. Rusiya da məhz bu qərara ciddi reaksiya verdi. MDB-nin isə taleyi nə siyasətçiləri, nə də sadə insanları bir o qədər də maraqlandırır. Nəzərə alsaq ki, Rusiyanın vahid dövlət qurduğu Belarus da MDB məsələsində hansısa fəallıq göstərmədi. Artıq demək olar ki, MDB adlı təşkilat yoxdur. Sadəcə olaraq, qeyri-formal klub kimi qalıb”. Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, MDB-dən çıxmaq bu gün Azərbaycan üçün aktual deyil: “Rusiya ilə münasibətləri gərginləşdirmək Azərbaycanın maraqlarına ziddir. MDB faktiki ölü bir qurumdur. MDB adında bir Rusiya var. MDB çərçivəsində münasibətlərin gərginləşdirilməsi Rusiya ilə konfrantasiyaya getməkdir. Mən isə Azərbaycanın Qarabağ kimi ciddi probleminin həll olunmadığı vaxtda, Qərblə bütün sferalarda əlaqələrin yoluna qoyulmadığı bir zamanda Rusiya ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyiləm. Gürcüstanda bizdəkindən fərqli bir durumdur. Gürcüstanda referendum keçirilib, xalq NATO-ya qəbul olunmağa səs verib. NATO ilkin mərhələdə Gürcüstanla əməkdaşlıq məsələlərində ciddi qərarlar qəbul edib. Gözlənilir ki, Gürcüstanla Ukrayna dekabrda NATO-nun tam hüquqlu üzvü olacaq. Azərbaycan isə belə bir durumda deyil. Azərbaycan özünü Rusiya ilə münasibətlərdə çətin duruma salmamalıdır. Nəzərə alsaq ki, ölkəmizin iqtisadi dövriyyəsində də Rusiyanın payı çoxdur, Azərbaycandan mühacir edənlərin əksəriyyəti Rusiyadadır, belə bir reallıqda Azərbaycan emosional qərar qəbul etməməlidir”. İ.Ağazadənin sözlərinə görə, Azərbaycan Rusiya-Gürcüstan münasibətlərində mümkün ola bilən hər şeyi deyib: “Biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik, separatizmi qəti şəkildə rədd edirik. O cümlədən Rusiyanın Gürcüstana müdaxiləsini yolverilməz hesab eləyirik. Yəni bu tipli münasibətdən o yana keçmək Azərbaycanın mənafelərinə ciddi ziyan vura bilər. Rusiya bu gün aqressiv siyasət yeridir. Bu siyasətin sonu olacaq. Amma bu aqressiv siyasətdə bilavasitə Azərbaycanın zərər çəkməyini Azərbaycandan yayındırmaq lazımdır”. Etibar SEYİDAĞA musavat
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər