Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Gürcüstan müharibəsi dünyada yeni situasiya yaratmaq üzrədir. Belə ki, bu savaş əksər nüfuzlu dövlətləri beynəlxalq siyasət səhnəsində cərəyan edən proseslərə yönəlik mövqelərinə yenidən baxmağa meylləndirib. Hər halda, bundan sonra bəzi beynəlxalq dəyərlərə və normalara fərqli yanaşma tərzinin ortaya çıxa biləcəyi qətiyyən istisna deyil. Xüsusilə də, dövlətlərarası münasibətlərdə yeni keyfiyyət dəyişikliyinin ortaya çıxması tamamilə inandırıcı görünür. Bu baxımdan, bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin mövcud dünya düzəninə yeni və nisbətən mənfi xarakter daşıya biləcək çalarların əlavə edilmə ehtimalının ciddiliyindən narahatlıq keçirtməsi tamamilə başadüşüləndir. Məsələ ondadır ki, hazırda mövcud olan dünya düzəninin formalaşma tarixi o qədər də uzaq deyil. Belə ki, bu tarix təxminən ötən əsrin 80-cı illərinin sonları və 90-cı illərinin əvvəllərinə təsadüf edir. Həmin dövrə qədərsə, bəşəriyyət ikiqütblü dünya sistemi üzrə idarə olunurdu. Çünki sözügedən dönəmədək SSRİ adlı və imperiya xarakterli bir superdövlət də mövcuduydu. Və bu superdövlət digər beynəlxalq güc mərkəzi rolunu oynayan ABŞ-la sərt şəkildə rəqabət aparırdı. Təbii ki, bu superdövlətlərin - ABŞ və SSRİ-nin güzəştsiz rəqabəti dünya dövlətlərinin iki fərqli cəbhələrə bölünməsinə səbəb olmuşdu. Belə ki, əksər Qərb dövlətləri NATO-nun çətiri altında yer alaraq ABŞ-ın ətrafında toplaşmışdı. Buna paralel olaraq, SSRİ də NATO-ya alternativ kimi "Varşava Müqaviləsi"ni yaradaraq o dövrün sosialist düşərgəsi dövlətlərini öz ətrafında birləşdirmişdi. Nəticədə, bir-birinə zidd olan iki beynəlxalq hərbi-siyasi blok ortaya çıxmışdı. Ən əsasısa, bu hərbi-siyasi bloklar arasındakı münasibətlər zaman keçdikcə rəqabət mərhələsini arxada buraxaraq açıq və birmənalı düşmənçilik dönəminə qədəm qoymuşdular. Zaman keçdikcəsə, bu blokların düşmənçiliyi "soyuq müharibə"yə qədər inkişaf etmişdi. Və hətta "soyuq müharibə"nin hər an qarşı-qarşıya duran iki düşmən qütb arasında dağıdıcı savaşa çevrilə biləcəyi ilə bağlı təhlükə real görüntülər almışdı. Ancaq o vaxt bəşəriyyət bu qorxunc təhlükədən yayınmağa nail oldu. Və bunda keçmiş SSRİ-nin dağılaraq beynəlxalq siyasət səhnəsini tərk etməsi xüsusi rol oynamışdı. Yəni dünyanı qlobal savaş təhlükəsi altında saxlayan iki superdövlətdən biri - SSRİ-nin yeri boş, kommunist imperiyasının formalaşdırdığı hərbi-siyasi düşərgəsə lidersiz qalmışdı. SSRİ-nin süqutundan sonra olduqca zəifləmiş vəziyyət düşən Rusiya isə, hələ o vaxt həmin boşluğu doldurmaq imkanında deyildi. Nəticədə, sosialist düşərgəsi çox qısa zaman içərisində dağıldı. ABŞ və Qərbsə, həmin düşərgənin əksər təmsilçilərini öz tərəfinə çəkməyə nail oldu. Bununla da, onilliklər boyu dünyada hökm sürmüş ikiqütblü dünya sistemi dağıldı. Əvəzindəsə, ABŞ-ın bəşəriyyət üzərindəki hegemonluq niyyətləri üzərində birqütblü dünya düzəni formalaşmağa başladı. Ancaq son bir neçə il ərzində beynəlxalq siyasət səhnəsində cərəyan edən proseslər birqütblü dünya düzəninin də dağılma ehtimalının ciddiliyini göstərməkdədir. Belə ki, prezident Vladimir Putinin hakimiyyətə gəlişiylə, SSRİ-nin taqətdən düşmüş varisi olan Rusiya yenidən dirçəlməyə başladı. Həm də o qədər sürətlə dirçəldi ki, ABŞ və Qərb baş verənləri tam anlamağa imkan tapmamış Kreml artıq keçmiş SSRİ-nin vaxtilə sahib olduğu superdövlət statusuna iddiasını açıq-aşkar və sərt şəkildə ortaya qoymağa nail oldu. Hər halda, Rusiya artıq əvvəlki dövlət deyil, əksinə, artıq beynəlxalq siyasət səhnəsində cərəyan edən proseslərin idarə olunmasında əsas söz sahibliyinə iddia edən superdövlətdir. Təbii ki, Rusiyanın bu iddialı mövqeyi əvvəl-axır öz nəticəsini göstərməliydi. Düzdür, Kremlin söz sahibliyi iddiası ilk dövrlərdə məğlubiyyətlərlə də müşayiət olundu. Belə ki, ABŞ və Qərb Balkanlarda Kremlin mövqeyinə laqeyd yanaşaraq Rusiyanın iddialarına əhəmiyyət vermədi. Beləliklə də Rusiya Balkanlardan, eləcə də Şərqi Avropa regionundan sıxışdırılmış oldu. Ancaq Rusiyanın uzunmüddət hadisələrin belə inkişafına səbr göstərməyəcəyi açıq-aşkar nəzərə çarpırdı. Hiss olunurdu ki, Kreml bunun əvəzini başqa regionlarda çıxmağa çalışacaq. Ən azından ona görə ki, Rusiyanın itirilməkdə olan beynəlxalq mövqelərinin geri qaytarılması baxımından, Kremlin proseslərə müşahidəçi qalma limiti tükənmək üzrəydi. Rusiyanın maliyyə-iqtisadi yüksəlişisə, Kremli qəti addımlar atmağa həvəsləndirirdi. Maraqlıdır ki, Rusiyanın əkszərbə endirməsi üçün məhz Cənubi Qafqaz regionu seçildi. Çünki Cənubi Qafqaz da Rusiyanın itirmək təhlükəsiylə üzləşdiyi önəmli regionlar sırasına daxiliydi. Ona görə də, bu təhlükənin real görüntülər almasında xüsusi rol oynayan Gürcüstan cəzalandırıldı. Və bununla da, Rusiya ABŞ və Qərbə açıq-aşkar meydan oxumuş oldu. Ən azından ona görə ki, əslində, ABŞ və Qərb Cənubi Qafqaz regionunda Gürcüstan vasitəsilə təmsil edilirdi. Bu baxımdan, Rusiyanın Gürcüstanın timsalında məhz ABŞ və Qərbə qarşı sarsıdıcı hərbi-siyasi zərbə endirdiyini iddia etmək mümkündür. Təbii ki, bütün bunları nəzərə aldıqda, yaxın gələcək üçün dünyada hansı siyasi sistemin ön plana keçəcəyi ilə bağlı məsələnin böyük ölçüdə Cənubi Qafqaz regionunda, daha dəqiq desək, məhz Gürcüstanda həll edildiyini düşünmək olar. Belə ki, indi ABŞ və Qərb Cənubi Qafqazdakı maraqlarını qorumaq üçün Gürcüstanı Rusiyanın əlindən xilas etməyə məcburdur. Bunu bacaracağı təqdirdə, ABŞ və Qərb Cənubi Qafqazda uzunmüddət üçün möhkəmlənmək şansı qazana bilər. Əks halda, situasiyanın fərqli keyfiyyət qazana biləcəyi qətiyyən şübhə doğurmur. Məsələ ondadır ki, ABŞ və Qərb Gürcüstanı qurban verərək Cənubi Qafqaza nəzarət şanslarının itirilməsiylə barışacağı təqdirdə, dünya düzəninin yenidən dəyişmə ehtimalı arta bilər. Belə ki, bu halda, Rusiyanın beynəlxalq mövqelərinin möhkəmlənəcəyi və Kremlin siyasi iradəsinin güclənəcəyi qətiyyən şübhə doğurmur. Bu isə, o deməkdir ki, Rusiya dünyanın idarə edilməsində əsas iştirakçıların sırasında öz yerini tutmaq şansı qazanacaq. Və nəticədə, dünyada birqütblü sistemin yenidən arxa plana keçərək ikiqütblü sistemlə əvəzlənməsi qaçılmaz ola bilər. Bu baxımdan, yeni dünya düzəninin hansı keyfiyyəti daşıyacağını aydınlaşdırmaq üçün ABŞ və Qərbin yaxın günlərdə Rusiyanın son davranışları qarşısında atacağı addımları gözləmək lazım gələcək. Elçin XALİDBƏYLİ sherg
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər