SON XƏBƏRLƏR

Soçidə gərgin Almaniya-Rusiya danışıqları

2021.10.20, 07:36
Soçidə gərgin Almaniya-Rusiya danışıqları

Gunaz.tv
Soçidə gərgin Almaniya-Rusiya danışıqları 20080815123642georgia-ap61.jpg Anqela Merkel və Dmitri Medvedev Soçidə Rusiya prezidenti Dmitri Medvedevlə danışıqlar aparan Almaniyanın kansleri Anqela Merkel (Angela Merkel) Rusiaynın Gürcüstandakı son hadisələrə reaksiyasını aşırı və izafı adlandırıb. O, deyib ki, Rusiyanın Gürcüstan ərazisində hərbi mövcudluğu ümumi işə yardım etmir. Prezident Medevedev isə bildirib ki, Avropa İttifaqının vasitəçiliyi sayəsində əldə edilmiş atəşkəsin prinsipləri Gürcüstan tərəfindən qəbul edilməli və onların yerinə yetirilməsinin zəmanətçiləri Avropa İttifaqı habelə BMT-nin Təhlükəsizlik Şurası olmalıdır. Rusiya prezidenti həmçinin əlavə edib ki, Gürcüstanda hadisələrin təhlili birtərəfli yox, obyektiv olmalıdır. Rusiya sülhməramlı qüvvələrinin Gürcüstanın mübahisəli ərazilərində yerləşdirilməsinin davam edib-etməyəcəyi məsələsinə gəlincə Dmitri Medvedev deyib ki, Rusiya Abxaziyalılar və Cənubi Osetiyalıların maraqları və həyatlarının zəmanətçisidir. O deyib ki, bu insanlar Rusiya qoşunlarına etibar edirlər və bu məqam nəzərə alınmalıdır. Prezident Medvedev qeyd edib ki, digər ölkələrlə münasibətlərə zərər vurmaq istəmir, lakin Rusiya öz sülhməramlı missiyasını icra etməlidir, və bu qüvvələr hücuma məruz qalarlarsa buna eynilə cavab veriləcək. Dmitri Medvedev həmçinin Amerikanın raketlərdən müdafiə sisteminin Polşada yerləşdirilməsi barədə ABŞ və Polşa arasında əldə edilmiş sövdələşməyə toxunaraq deyib ki, bu sövdələşmə Rusiya Federasiyasına qarşı yönəlib. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar