Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Həyat fəaliyyəti, yaradıcılığının qayəsi ilə milli şüurumuzun qorunması və inkişafında əvəzsiz xidmətləri olan ustad sənətkarımız, böyük vətəndaş Bəxtiyar Vahabzadə XX əsrin Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biridir. Coğrafi Azərbaycan ərazisini siyasi məkana çevirən, milli məfkurəmizə vətəndaş hüququ verən, millətə əsl azadlığı bəxş edən, bayrağımızı birdəfəlik yüksəldən Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra başlamış kütləvi kommunizm təbliğatı və repressiyası dalğasında millətin istiqlal davasının növbəti maarifləndirmə mərhələsində gen yaddaşımıza rişələnmiş milli məfkurəni, milli düşüncəni qoruyub saxlamaq, onu mütəmadi olaraq təhtəlşüur məkandan şüurlara yeritmək kimi müqəddəs işdə əməyi olan ziyalılarımızın sırasında Bəxtiyar Vahabzadənin də öz layiqli yeri var. Təsadüfi deyil ki, SSRİ-nin süqutu ilə başlayan və onu şərtləndirən amillərdən biri olan 1988-ci il milli dirçəliş hərəkatında B.Vahabzadə millətin istiqlal davasının şərəfli əsgəri kimi xalqın içində və önündə idi. Unitar və bölünməz Vətən əqidəsi ilə nəfəs alan, örnək Vətən sevdalısı böyük şair tarixi ədalətsizliyə - Bütöv Azərbaycanın bölünməsinə, parçalanmasına daim etiraz etmişdir. Vətənimizi ikiyə bölən mənfur Gülüstan sülh müqaviləsinin müəlliflərinə və təşkilatçılarına - rus və fars rejiminə şairin açıq etirazı həmin dövrdə cəsarət nümunəsi olan fərdi vətəndaş üsyanı idi. Ayrı-ayrı millət və etnosların sonuncu Sovet Anayasasında süni şəkildə “sovet xalqı” adlandırılması illərlə aparılan millətlərin öz tarixini, dilini unutmasına yönəlik assimilyasiya siyasətinin məntiqi nəticəsi idi. Bu məqsədyönlü siyasətin hədəfi millətlərin öz adına, dilinə, əski tarixinə yabançı münasibətin formalaşması və onun unudulması idi. Retroqrad (əski) yaddaşını - milli kimliyini və keçmişini itirməkdə olan və itirmiş insanın proobrazını, örnəyini qələmə alıb təsvir etmək, onun mahiyyətini açmaq, millətləri qəflət yuxusundan ayıltmaq, onların ruhunu ölməyə qoymamaq, özünü dərkə çağırmaq işində nəsrdə böyük türk yazıçısı Çingiz Aytmatovun (manqurt proobrazı) və nəzmdə Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. “Hansı dilə ölü deyək?” (“Latın dili” şeiri), “Həqiqətdir ölüm hökmü qarşısında həqiqəti danmağımız” (“Mərziyyə” poeması) - bunlar manqurtluğa qarşı böyük şairin dərin narahatlıq hissi və etirazının ifadəsi idi. Böyük sənətkarın mənəvi dünyasında, daxilində onun yaradıcılığına keyfiyyətcə yeni məzmun, mahiyyət və özəllik verən ikinci səs vardır; bu səs vətəndaş səsi, vətəndaş hayqırtısı, vicdanın səsidir. Bütün fəaliyyəti boyu bu səs şairi millətin dərdlərini, qayğılarını dilə gətirməyə, haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə səsləyib. Bu səs B.Vahabzadəni millətin sevimli Bəxtiyarı kimi tanıdan “tükənməz daxili enerjidir”. Arzu edirik ki, milləti öz layiqli yerini tutmağa səsləyən bu səs və bu enerji heç vaxt tükənməsin! Böyük şairi ad günü münasibətilə ürəkdən təbrik edir, uca Tanrıdan ona cansağlığı, uzun ömür dilyirik. Bütöv Azərbaycanı görmək arzusu ilə: Hörmət və sayğılarla: Adil Qeybulla, tibb elmləri doktoru, professor BƏXTİYAR VAHABZADƏ-83 Bu gün müasir poeziyamızın ustad şairlərindən biri-Bəxtiyar Vahabzadənin 83 yaşı tamam olur. Bu münasibətlə milyonlarla oxucusu adından müdrik söz adamını təbrik etmək missiyası bizim də üzərimizə düşür. Bəxtiyar müəllim Azərbaycan dünyasının qüdrətli söz adamlarındandır. 50 milyonluq bu aləmdə onun şeirlərini oxumayan, bilməyən adam tapmaq mümkün deyil. İndiki gənc və yetkin nəsillər Bəxtiyar Vahabzadənin misralarını oxuya-oxuya, “Məktəb yollar”ından keçə-keçə, “Oyandırdı muğam”a qulaq asa-asa böyüyüblər. Onlar “Bir salama dəyməyən sevgi”nin hüznünü, “Latın dili” kimi ölməz dilimizə sevgini, yaşaması yanmasında olan bir şamın həyatının mənasını böyük şairin şeirlərindən dadıblar. Bəxtiyar Vahabzadə ikiyə bölünmüş bir torpağın şair oğlu olaraq millətinin dərdini bir misraya sığdırmaq gücündə olan yazardır. Onun “Biri baran dedi, biri xər dedi” misrası fars və rus şovinizminin millətimizə münasibətini hələ ötən əsrin altmışıncı illərində ortaya qoymuşdu və bu gün də aktualdır. Şairin “Gülüstan” poeması öz dövrünün hadisəsiydi və buna görə böyük şair müxtəlif təzyiq-təqiblərə məruz qalmışdı. Ondan Moskvaya yazılan donosların altında bir çox tanınmış imzalar durur. Onlar şairi dissidentlikdə suçlayırdılar. Bəxtiyar müəllim 83 illik ömrünü millətinə həsr etmiş, onun ağrı-acılarını qəlbində gəzdirmiş ustadlardandır. Şair 1990-cı ilin yanvarında yazdığı “Şəhidlər” poemasını gözünün yaşı, ürəyinin qanı ilə qələmə alıb. Bu misralar dünya durduqca yaşayacaq. “Yeni Müsavat” ailəsi olaraq biz ustad şairimizi, bu nurani insanı ömrünün pirani çağında ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq. Allah Sizi sıralarımızdan əskik etməsin, Bəxtiyar müəllim. Amin! Rauf Arifoğlu və “Yeni Müsavat” qəzetinin kollektivi musavat
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər