Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Xədicə İsmayılova «Azərbaycan çoxdandı hazırlanırdı o etirazlara və hazırlanır ondan böyük etirazlara. Azərbaycan millətinin haqları danılır...» Bu, İranın Qum şəhərində yaşayan din xadimi höccətülislam Əbdüləzim Əzimiqədimin səsidir. Höccətülislam may ayının 2-dən həbsdədir, Qum şəhərinin «Ləngəvud» həbsxanasında saxlanılır. Bu müsahibəni də o, həbsindən təxminən bir il əvvəl vermişdi. Avqustun 12-də Əzimiqədim Təbriz məhkəməsinə gətirib, ona qarşı yeni ittihamların irəli sürüldüyü bildirilir. Əzimiqədim may ayının 2-də onun haqqında iki il əvvəl verilmiş məhkəmə qərarını yerinə yetirmədiyinə görə həbs olunub. İki il əvvəl höccətülislama on il müddətində molla paltarı geymək qadağan olunubmuş, buna səbəb isə molla paltarı geymiş şəxsin ana dilində təhsil tələbi ilə keçirilən etiraz aksiyalarına qatılmasıymış. Höccətülislam ədalətli saymadığı bu qərarı yerinə yetirməkdən imtina edib, buna görə də həbs olunub. Təbrizdən hüquq müdafiəçilərinin verdiyi məlumata görə, yeni məhkəmə işinə səbəb Əzəimiqədimin aprelin sonunda tarixçi alim Səməd Sərdariniyanın anım mərasimində çıxış etməsidir. Məlumatlara görə, ittihamnamədə Əzimiqədimin həmin mərasimdə İran dövlətinin əleyhinə çıxışlar etdiyi bildirilir. Əzimiqədimin vəkili yoxdur. Bunu «Azadlıq» radiosuna məhbusun həyat yoldaşı Ruqəyya Səyyari bildirib. O, deyir ki, höccətülislam Əzimiqədimin həbsinə səbəb onun türk dilində təhsil uğrunda mübarizəsidir. «Türklüyünə görə deyirlər, libası geymə, biz deyəni elə. Əzimiqədim də onların sözünə baxmır, deyir, ana yurdumdan dönmərəm, mənim uşaqlarım gərək türk ola. Deyir, gərək televiziyalarımız, şəbəkələrimiz, uşaqlarımızın kitablarında yazılar türkcə olsun, türki oxusunlar. Bu yolda fədakardı. Hamı da tanıyır. Mən də iftixar edirəm».
Höccətülislam Əbdüləzim Əzimiqədim 2006-cı ildə Səttarxanın məzarı üzərində çıxış edərkən Beynəlxalq Amnistiya Təşkilatı Əbdüləzim Əzimiqədimlə bağlı üç dəfə 2005-ci ilin avqustunda, 2006-cı ilin mayında və həmin ilin oktyabrında bəyanatlar vermiş, milli haqlarını tələb etdiyinə görə həbs edilmiş və təzyiq və işgəncələrə məruz qalmış Azərbaycanlı ruhani dərhal azadlığa buraxmağı İran dövlətindən tələb etmişdir. Ruqəyya xanım deyir ki, bu, Əzimiqədimin üçüncü həbsidir. Höccətülislam Əzimiqədimin iki azyaşlı uşağı var. Fatimə üçüncü sinfə keçib, Əli isə məktəbə bu il gedəcək. Fatimə də deyir ki, mədrəsədə dərslərin farsca keçilməsindən narazıdı. Xoşuma gələr türk ola, fars olmaya. Çünki mən istəyirəm, hər şeyimiz türkcə ola, farsca olmaya heç nə. Dostlarım hamısı türkdü, amma deyirlər farsca danışın. Bacarıram, amma türkcəni farscadan çox bacarıram. Rüqəyya Səyyarinin sözlərinə görə, uşaqlar atalarının harada olduğunu, nə zaman gələcəyini soruşur. Fatimənin sözlərinə görə, atası evdən çıxanda deyib ki, polislərə dərs deməyə gedir. Amma o buna inanmır. «Qardaşıma yalandan dedi ki, polislərə dərs deməyə gedirəm. Amma bilirəm hara gedib. Gedib türklərin yanına. Gedib türkcə dərs deyə». İran Konstitusiyasının 15-ci maddəsi ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Amma İranda ən böyük azlıq olan və sayı müxtəlif mənbələrə əsasən, 20-35 milyon arası təxmin edilən azərbaycanlıların ana dilində məktəbi yoxdur. Beynəlxalq Amnistiya təşkilatı ana dilində təhsil tələbi ilə çıxış edən azərbaycanlı fəalların həbs olunduğunu və onları vicdan məhbusu kimi tanıdığını bildirir. İran rejiminin basqıları barədə müsahibələrində höccətülislamın özü də danışırdı: «Bilirsiniz, bu hökumətin indi niyyəti budur ki, evləri zindan eləsin. Onlar nigarandı ki, siyasi məhbuslar çox ola. Ona görə gücünü qoyur, bir cür eləsin ki, məmləkəti zindana çevirə, insanlar da qorxa». azadliqradiosu
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər