SON XƏBƏRLƏR

Fars şovinistləri tarixi abidələrimizi dağıdır

2021.10.20, 07:36
Fars şovinistləri tarixi abidələrimizi dağıdır

Gunaz.tv
Fars şovinistləri tarixi abidələrimizi dağıdır İran rejimi Azərbaycan türklərinin tarixi abidələrinə qarşı da məkrli siyasətini davam etdirir. Güney Azərbaycandakı üç kilsəni YUNESKO-nun siyahısına erməni abidəsi kimi daxil etdirən fars şovinistləri Təbrizdəki Ərk Qalasını məhv edir, Yanğından Mühafizə İdarəsinə verilmiş tarixi binanın, Göy Məscidin görünüşü dəyişdirilir, Samovarçı bazarı dağıdılıb, dünyada yeganə olan şəhərin üstörtülü bazarı, Məşrutə Hərəkatının lideri Səttarxanın evi sökülüb, Şamqazan tarixi bölgəsi yer üzündən silinir, Zəncanda Sultaniyyə Günbəzi, Ərdəbildə Azərbaycanın görkəmli sərkərdəsi və dövlət xadimi Şah İsmayıl Xətainin babası Şeyx Səfiyəddin Ərdəbilinin məqbərəsi, Miyanada Qız Körpüsü, Kəleybərdə Bəzz qalası sökülür və s. İndi də Urmiyada şəhər bələdiyyəsinə verilmiş tarixi binanın görünüşü dəyişdirilir. Bunların hamısı əsrlər boyu Azərbaycanı təmsil edə biləcək qədər tarix və dəyərə sahib olan abidələrdir. Hətta fars şovinistləri "Nəqşicahan meydanının görünüşü pozulur" adıyla Səfəvilər və Qacarlar dövründə tikilmiş binaları söküblər. .xalqcebhesi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar