SON XƏBƏRLƏR

Ukrayna parlamenti MDB-nin təsis olunması barədə sazişin ləğvinə dair qanun layihəsini müzakirə edəcək

2021.10.20, 07:36
Ukrayna parlamenti MDB-nin təsis olunması barədə sazişin ləğvinə dair qanun layihəsini müzakirə edəcək

Gunaz.tv
Ukrayna parlamenti MDB-nin təsis olunması barədə sazişin ləğvinə dair qanun layihəsini müzakirə edəcək ukrayna_parlamenti_95.jpg Parlamentin hüquq məsələləri komitəsinin sədri Pavel Kublaşvili bildirib ki, bu qərarla Gürcüstanın MDB üzvü olmaması məsələsi qətiləşir Ukrayna parlamenti MDB-nin təsis olunması barədə sazişin ləğvinə dair qanun layihəsini müzakirə edəcək. Sənəd artıq Ali Radada qeydiyyata alınıb. Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qanun layihəsinin müəllifi, Bizim Ukrayna - Xalq özünümüdafiəsi fraksiyasının deputatı, millətçi Ukrayna Xalq partiyasının lideri Yuri Kostenkodur. Qeyd edək ki, hazırda Ukrayna parlamenti tətildədir və deputatların istirahəti sentyabrın 1-də başa çatacaq. Qanun layihəsinin isə parlamentin payız sessiyasında müzakirə edilməsi nəzərdə tutulur. Xatırladaq ki, avqustun 14-də Gürcüstan parlamentinin iclasında ölkənin MDB-dən çıxması barədə qərar qəbul olunub və həmin qərarın lehinə 117 deputat səs verib. Parlamentin hüquq məsələləri komitəsinin sədri Pavel Kublaşvili bildirib ki, bu qərarla Gürcüstanın MDB üzvü olmaması məsələsi qətiləşir. Bu qərardan sonra Gürcüstan MDB-ni rəsmən tərk etmiş sayılır və bu qurumla heç bir münasibətlərə malik deyil. "Əgər bir ölkə MDB-ni tərk etmək istəyirsə, bu istəyin qarşısında heç bir hüquqi problem mövcud ola bilməz”, deyə P. Kublaşvili qeyd edib./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar