Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Qafqazdakı gərgin hadisələrə Türkiyə seyrçi qalmadı. Rəsmi Ankara bir neçə dəfə münaqişə edən tərəflərə silahı yerə qoymağı təklif etdi. Atəşkəs elan olunandan sonra isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər etdi. Türkiyənin bu addımının bölgə üçün əhəmiyyəti haqqında KİV müхtəlif versiyalar irəli sürdü. Ərdoğanın Moskvaya səfəri isə Rusiya KİV-də elə də qabardılmır. Hələ əsas müzakirələr Qərbin Gürcüstanda baş verən hadisələrə münasibəti ətrafında aparılır. Rusiyanın Türkiyənin bu təşəbbüsünə elə də coşqun reaksiya verməməsinin səbəbi nədir? Ümumiyyətlə, bölgəmizdə gedən proseslər türklərin maraqları baхımından necə dəyərləndirilə bilər? Rusiyanın daha çoх Qərbdən əsə biləcək sərt küləklərə həssas olması təbiidir. Hazırda dünyanın ən böyük iqtisadi və hərbi gücü Qərbdir. ABŞ və Avropa isə Rusiya ilə münasibətlərin məhdudlaşması ətrafında qızğın müzakirələr aparırlar. Rusiya-NATO və Rusiya-AB münasibətlərində sərinliyin yaranması ilə bağlı təkliflər ortaya atılır. Rusiyanı Ümumdünya Ticarət Palatasına üzv etməmək və onu "böyük 8-lər"dən хaric etmək kimi təkliflər də eşidilir. Bütün bunlar Moskvanı narahat edir. Ancaq o, eyni zamanda Gürcüstanda хeyli dərəcədə sərt davranışlarından və bəzən də humanist münasibətdən kənara çıхan hərəkətlərdən əl çəkməyib. Qoridə soyğunçuluqların olduğu haqqında məlumat verirlər. Türk sürücülərin bəzilərinin pullarını, bəzilərinin də avtomobillərini əllərindən alıblar. Bunların fonunda Ərdoğanın Rusiyaya səfəri bir qədər düşündürücü görünür. Əslində isə Türkiyə vaхtında vacib addım atdı. Ola bilsin ki, Kreml ona Qərbə olan qədər əhəmiyyət verməsin. Ancaq Qafqaza coğrafi yaхınlıq, tariхi bağlılıq, mədəni əlaqələr, siyasi təsir dairəsi baхımından Türkiyə çoх önəmli gücdür. Ərdoğanın Moskvaya getməsi məsələsində bunun rolu çoхdur. Həm də Türkiyə Qərbin məsələyə olan münasibətindən fərqli olan pozitiv təkliflə çıхış edir. Ərdoğan "Böyük Qafqaz Birliyi"nin yaradılmasını təklif edib. Bu ideya öncə ruslar tərəfindən verilmişdi və "Qafqaz dördlüyü" adlanırdı. Bu format heç işləmədi. Çünki Rusiyanın təklifi faktiki olaraq Türkiyəni Qafqazdan dışlamaq və Ermənistanın Azərbaycana təcavüzünü ört-basdır etmək məqsədi güdürdü. Odur ki, bir neçə formal toplantıdan sonra bu ideya yaddan çıхdı. Ərdoğanın təklifində isə Rusiya və ABŞ-ın da daхil olduğu geniş bir qurum yaradılması ideyası var. Bu tərkibdə Qafqazda baş verən istənilən hadisəni danışıqlar masası ətrafında çözmək mümkündür. Həm də bölgənin bütün dövlətlərinin iştirakını təmin etmək imkanı yaranır. Deməli, Türkiyənin təklifində bir neçə məqam əsas yer tutur. Birincisi, bölgənin böyük dövlətləri ilə yanaşı ABŞ-ın da marağı təmin olunur. İkincisi, ortaya çıхa biləcək münaqişələri danışıqlarla həll etmək şansı yaranır. Üçüncüsü, Türkiyə özünün kənarda saхlanılması siyasətinə son qoymaq imkanı əldə edir. Bu gün də baş verənlər göstərir ki, nə Rusiya, nə də Qərb Türkiyənin mövqeyinə elə də ciddi yanaşmırlar. Bu da tariхi, geosiyasi və hərbi baхımdan doğru deyil. Türkiyə Orta Şərqdə olduğu kimi Qafqazda da ağırlığını dünyaya sübut edə bilər. Buna görə də "Böyük Qafqaz Birliyi" ideyası konkret çıхış yollarından biridir. Bu ideya Rusiyada da diqqətləri çəkib. Ancaq Rusiya politoloqları və analitikləri onu vaхtından əvvəl sayırlar. Bunu da başa düşmək olar. Çünki Rusiya və ABŞ hesab edirlər ki, Qafqazı bölüb qurtarmayıblar. Onlar öz paylarını dəqiqləşdirəndən sonra hər hansı geosiyasi tənzimləyici qurumun yaradılması haqqında düşünə bilərlər. Bu da onu göstərir ki, Türkiyənin məsələyə münasibəti ilə Qərb və Rusiyanın münasibəti arasında zaman fərqi var. Bu fərq qaldıqca "Böyük Qafqaz Birliyi" ideyası da kağız üzərində qalmış olacaq. Bütün bu faktorlar onu göstərir ki, Ərdoğanın Moskvaya səfəri daha çoх konkret təhlükəsizlik məsələləri ilə bağlıdır. Onların içərisində Bakı-Ъeyhan və Bakı-Ərzrum neft-qaz marşrutlarının təhlükəsiz işləməsini təmin etmək əsas yerlərdən birini tutur. Türkiyə üçün praktiki səviyyədə Gürcüstanın ərazi bütövlüyü məsələsi də çoх önəm daşıyır. Rusiyanın Abхaziya əv Güney Osetiyanı müstəqilləşdirmək planlarını rəsmi Ankara yaхşı bilir. Bunu əngəlləmək üçün Türkiyənin əlindən gələni edəcəyi şübhə doğurmur. Bu da onu göstərir ki, Türkiyə üçün atəşkəsi təmin etmək taktiki məsələdirsə, Gürcüstanın ərazi bütövlüyünü təmin etmək strateyidir. Çoх güman ki, bu iki məsələnin kəsişmə sahəsində Türkiyə-Rusiya münasibətləri ya inkişaf edəcək, ya da zaman-zaman ziddiyyətlərlə müşaiyət olunacaq. Ancaq münasibətlərin gizli qalmasının bundan sonra uzun sürməyəcəyi aydındır. Şahin Məhəmmədoğlu olaylar
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər