SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ “Ergenekon” əməliyyatları çərçivəsində DAHA 3 NƏFƏR SAXLANILIB

2021.10.20, 07:36
TÜRKİYƏDƏ “Ergenekon” əməliyyatları çərçivəsində DAHA 3 NƏFƏR SAXLANILIB

Gunaz.tv
TÜRKİYƏDƏ DAHA 3 NƏFƏR SAXLANILIB turkiye_1.jpg Türkiyə kütləvi informasiya vasitələri ölkədə “Ergenekon” əməliyyatları çərçivəsində daha 3 nəfərin saxlanıldığı barədə məlumat yayıb. Saxlanılanlardan sabiq jandarma polkovniki Arif Doğanın evindən 3 ədəd tapanca, 3 ədəd sui-qəsd silahı, 280 ədəd qumbara və bəzi sənədlər tapılıb və müsadirə edilərək terrorla mübarizə şöbəsinə aparılıb. Saxlanılan digər iki nəfərin şəxsiyyəti barədə isə məlumat verilmir. /İctimai TV/ ----------------------------------------------------------------------- ATƏŞKƏS YENIDƏN POZULUB ateshkes13.gif Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən müxtəlif saatlarda Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərindən, Xocavənd rayonunun Kuropatkino, Tərtərin Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan fasilələrlə atəşə tutub. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşilə susdurulub, itki yoxdur. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar