SON XƏBƏRLƏR

Əhmədinejat Atatürkdən qaça bilmədi_Anıt-qəbiri ziyarət etmək istəməyən İran prezidenti Türkiyənin qurucusunun portreti altında oturdu- FOTOLENT

2021.10.20, 07:36
Əhmədinejat Atatürkdən qaça bilmədi_Anıt-qəbiri ziyarət etmək istəməyən İran prezidenti Türkiyənin qurucusunun portreti altında oturdu- FOTOLENT

Gunaz.tv
Əhmədinejat Atatürkdən qaça bilmədi - FOTOLENT Anıt-qəbiri ziyarət etmək istəməyən İran prezidenti Türkiyənin qurucusunun portreti altında oturdu ahmed.jpg ahmed-10.jpg ahmed-11.jpg ahmed-14.jpg ahmed-4.jpg Dünən İran prezidenti Mahmud Əhmədinejat Türkiyəyə işgüzar səfərə gəlib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, rəsmi protokola uyğun olaraq Atatürkün qəbrini ziyarət etməmək üçün rəsmi səfərdən imtina edən Əhmədinejat hava limanında Türkiyə tərəfinin sürprizi ilə qarşılaşıb. Atatürk Hava Limanındakı qarşılanmadan sonra VİP salonuna keçən İran prezidenti Atatürkün yağlı boya ilə çəkilmiş tablosunun altında oturmalı olub. Türkiyəli fotoqraflar bu məqamı gözdən qaçırmayaraq dərhal fotoaparatın yaddaşına köçürüblər. lakin çəkiliş uzaqdan aparıldığından, foto keyfiyyətli alınmayıb. İranlı həmkarını Çırağan sarayında qarşılayan Gül onunla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib. Görüşlərdən sonra iki ölkə arasında bir neçə sənəd imzalanıb və prezidentlər mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. Bu gün İran prezidentinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşməsi gözlənilir. O, cümə namazından sonra ölkəsinə qayıdacaq. Qeyd edək ki, Əhmədinejatın səfəri ilə bağlı İstanbulda ciddi təhlükəsizlik tədbirləri görülüb. İran prezidentinin keçdiyi yollar bağlanıb. Bu səbəbdən İstanbulda böyük avtomobil tıxacları əmələ gəlib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar