SON XƏBƏRLƏR

Qoriyə gürcülərin nəzarəti bərpa olundu

2021.10.20, 07:36
Qoriyə gürcülərin nəzarəti bərpa olundu

Gunaz.tv
Qoriyə gürcülərin nəzarəti bərpa olundu qori.jpg Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Vyaçeslav Borisov: “Şəhərə nəzarəti rəsmi qaydada Gürcüstan polisinə təhvil verdik” Gürcüstan Daxili İşlər Nazirliyi Qori şəhərinə nəzarəti bərpa etməsi barədə açıqlama yayıb. Lent.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, Rusiya tərəfi də analoji açıqlama ilə çıxış edib. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor Vyaçeslav Borisov rus əsgərlərinin Qoridən Sxinvali istiqamətinə geri çəkildiyini və şəhərə nəzarəti rəsmi qaydada Gürcüstan polisinə təhvil verdiklərini bildirib. O, avqustun 14-dən Qori polisinin fəaliyyətini bərpa edəcəyini, şəhərə nəzarəti Gürcüstan Daxili İşlər Nazirliyinin həyata keçirəcəyini vurğulayıb. V.Borisov dünən Gürcüstan hakimiyyət orqanlarının nümayəndələri və xarici ölkələrin səfirləri ilə birlikdə Qoriyə getdiyini, şəhərin mövcud durumu ilə tanış olduğunu deyib. O, şəhərin dağıdılması, rus əsgərlərinin Qoridə talançılıqla məşğul olması barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib: “Şəhərdə bütün binalar normal vəziyyətdədir, Qoriyə su və elektrik enerjisi verilir. Rusiya qoşunları şəhərə nəzarətin gürcü polisinə təhvil verilməsi ilə bağlı hələ iki gün regionda olacaqlar. Müvafiq prosedurlar başa çatdıqdan sonra qoşunlarımız Qorini tərk edəcək”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar