SON XƏBƏRLƏR

GÜRCÜSTAN XARİCİ İŞLƏR NAZİRLİYİ: “RUSİYA QOŞUNLARI QORİ ŞƏHƏRİNİ MİNALAMAĞA BAŞLAYIB”

2021.10.20, 07:36
GÜRCÜSTAN XARİCİ İŞLƏR NAZİRLİYİ: “RUSİYA QOŞUNLARI QORİ ŞƏHƏRİNİ MİNALAMAĞA BAŞLAYIB”

Gunaz.tv
GÜRCÜSTAN XARİCİ İŞLƏR NAZİRLİYİ: “RUSİYA QOŞUNLARI QORİ ŞƏHƏRİNİ MİNALAMAĞA BAŞLAYIB” mina.jpg “Rusiya qoşunları Qori şəhərinə ağır texnika yeridib və hazırda şəhəri minalayırlar”. Bu fikirlər Gürcüstan Xarici İşlər Nazirliyinin bir qədər əvvəl yaydığı bəyanatda öz əksini tapıb. Bəyanatda bildirilir ki, əldə olunan razılaşmanın əksinə olaraq Rusiya Gürcüstan Daxili İşlər Nazirliyinin birləşmələrini Qori şəhərinə buraxmayıb: “Bizdə olan məlumata görə, hazırda ruslar şəhər ağır texnika yeridib və Qorini minalamaqla məşğuldurlar. Hazırda Qoridə olan dinc əhali və jurnalistlər real təhlükə ilə üz-üzədir, rus işğalçılar onların şəhəri tərk etməsinə icazə vermirlər. Şəhərdə bir neçə binada yanğın davam edir. Rus təcavüzkarların fəaliyyəti nəticəsində Qoridə əsl humanitar fəlakət yaranıb”. Bəyanatda həmçinin Rusiya qoşunlarının yenidən Senaki və Poti şəhərlərinə daxil olduqları bildirilir: “Hazırda ruslar Senaki hərbi bazasını və Poti hərbi limanını qarət etməklə məşğuldur. Bütün bu hərəkətlər beynəlxalq ictimaiyyətin Rusiyanın təcavüzünə müdaxiləsinin zəruriliyini bir daha təsdiqləyir”. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar