SON XƏBƏRLƏR

Ermənistan ABŞ-la İran arasında vasitəçi olmaq niyyətindədir

2021.10.20, 07:36
Ermənistan ABŞ-la İran arasında vasitəçi olmaq niyyətindədir

Gunaz.tv
Ermənistan ABŞ-la İran arasında vasitəçi olmaq niyyətindədir 4354.jpg Başda ABŞ olmaqla Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfindən İrana təzyiqlərin get-gedə artması Yerevanda da özünəməxsus şəkildə narahatlıqla qarşılanmağa başlanıb. Yerevanda belə hesab edirlər ki, ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi bölgədə Ermənistanın milli-strateji maraqlarına təhlükə təşkil edir və ona görə də adıçəkilən ölkələr arasında ziddiyyətlərin daha da dərinləşdirilməsinə yol vermək olmaz. Belə bir vəziyyətdə Tehranla Vaşinqton arasında münasibətlərin normallaşdırılması üçün Ermənistan “sülhməramlı vasitəçi” olmaq niyyətinə düşüb. Prezident Serj Sarkisyan bildirib ki, Ermənistan özünün əsas strateji müttəfiqi olan İrana ABŞ və müttəfiqləri tərəfindən havadan və qurudan zərbələrin endirilməməsi üçün Tehranla Vaşinqton arasında vasitəçilik missiyası ilə çıxış etməyi planlaşdırır. Sərkisyanın sözlərinə görə, ABŞ və İran bu təklifi qəbul etsə, onda Ermənistan bölgədə sülhün və sabitliyin bərpa edilməsinə öz töhfəsini vermiş olacaq. Əslində, Sarkisyanın İranla ABŞ arasında münasibətlərin təhlükəli həddə qədər gəlib çata biləcəyindən narahat olması obyektiv səbəblərə söykənir. Belə ki, İran Rusiyadan sonra Ermənistanın həm iqtisadi, həm siyasi, həm də hərbi-strateji müttəfiqinə çevrilib. İranın Ermənistan üçün xüsusi əhəmiyyət daşıdığını bir müddət əvvəl eks-prezident Levon Ter-Petrosyan: “Əgər İranın hərtərəfli yardımları olmasaydı, Ermənistan çoxdan aclıq və səfalət içində boğularaq, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə geri addımlar atmağa məcbur olardı”, - demişdi. Məhz bu baxımdan, Yerevanın hər vasitə ilə öz müttəfiqi ilə ABŞ arasında vasitəçilik missiyasını üzərinə götürməyə hazır olduğunu deməsi əsassız deyil. Digər tərəfdən, onu da deyək ki, İran da özünün bölgədəki əsas müttəfiqinə çevrilən Ermənistanın beynəlxalq aləmdə təcriddən xilası üçün cəhdlər edir. Məsələn, bir neçə gün bundan əvvəl Ankarada səfərdə olan İranın xarici işlər naziri Mottaki Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik missiyasını öz üzərlərinə götürməyə hazır olduğunu bəyan etdi. Bundan əvvəl isə İran Azərbaycanla Ermənistan arasında yenidən vasitəçilik etməyə hazır olduğunu rəsmi şəkildə bildirmişdi. Necə deyərlər, Yerevan və Tehran qarşılıqlı şəkildə bir-birlərinin yardımına gəlmək, bölgədə və beynəlxalq aləmdə təklənmələrinin qarşısını almaq üçün birgə fəaliyyət göstərməyə başlayıblar. Amma bütün hallarda Ermənistanın ABŞ-la İran arasında vasitəçilik missiyasını üzərinə götürməsinə Vaşinqtonun razılıq verəcəyi inandırıcı görünmür. Çünki Vaşinqtonda Ermənistanın Rusiya, ABŞ və İran arasında ikili oyunlara baş vurduğunu və ermənilərin vasitəçilik eşqinə düşmələrinin arxasında Tehranı dəstəkləmək niyyətinin olduğunu yaxşı anlayırlar. Əziz Mustafa zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar