SON XƏBƏRLƏR

NİZAMİNİN MƏQBƏRƏSİ UÇA BİLƏR

2021.10.20, 07:36
NİZAMİNİN MƏQBƏRƏSİ UÇA BİLƏR

Gunaz.tv
NİZAMİNİN MƏQBƏRƏSİ UÇA BİLƏR 34618_1 və ya abidənin köhnə dərdi təzələnir Təhminə TAĞIZADƏ İl ərzində 35 mindən çox adamın ziyarət etdiyi Nizami Gəncəvi Məqbərəsi Bakı - Gəncə magistral yolunun üzərində yerləşdiyindən buradan keçən iritonnajlı maşınlar ərazidə müəyyən titrəyişlərin yaranmasına səbəb olur. Bu isə abidənin özünə və ətrafına mənfi təsir göstərir. 2005-ci ildə abidədə aparılan abadlıq işləri də əvvəlki illərdə sözügedən problem üzündən yaranmış fəsadların aradan qaldırılmasına xidmət edib. İndi mütəxəssislər eyni halın təkrarlanacağından ehtiyatlanırlar. Artıq abidənin kənarında yenidən çatlar yaranmağa başlayıb. Məqbərənin günbəzində də yarıqlara rast gəlmək olar. Abidədə sözügedən problemin dəfələrlə yaranmasına səbəb olan amillərdən biri də onun tökülmə torpağın üzərində inşa edilməsidir. Nəticədə məqbərə kənar təsirlər üzündən daha sürətlə aşınmaya uğrayır. "Məqbərədə sözügedən vəziyyətin yaranmasına əsas səbəb odur ki, abidə tikiləndə bünövrədəki və ətraf yandakı torpaqların hamısı tökülmə olub. Bu səbəbdən ətrafdan sürətlə keçən maşınların yaratdığı titrəyişlər böyük təhlükə amilinə çevrilir", - deyə Nizami Məqbərə Kompleksinin direktoru Gülnarə İsmayılova bildirdi. Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi şəhər Dövlət Yol Polisi İdarəsinə və Daxili İşlər Nazirliyinə rəsmi qaydada müraciət edərək magistral yolun abidənin yaxınlığından keçən hissəsində nisbətən aşağı sürət həddini göstərən yol nişanının qoyulmasını xahiş edib. O müddətdən iki ildən çox vaxt keçməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb. Avtomobillər isə yolda 120-140 kilometr/saat sürətlə hərəkət etməkdə davam edir. "Abidədə yenidən çatlar əmələ gəlib. Yəqin ki, bir az keçmiş biz yenə də məqbərəni əsaslı təmir etməli olacağıq. Yol polisi də bizə kömək edərək oradakı yola nişan qoyacaq və bununla da inanıram ki, problem öz həllini tapacaq". Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova belə deyir. Lakin Gəncə şəhər Dövlət Yol Polisi İdarəsində hesab edirlər ki, burada sürəti azaltmağa ehtiyac yoxdur. İdarənin rəisi Fazil Cəfərovun sözlərinə görə, onsuz da məqbərənin bir neçə kilometr yaxınlığında yaşayış məntəqəsinin əlamətini göstərən yol nişanı qoyulduğundan burada hərəkət sürətinin həddi 60 kilometr/saatdır. Bununla belə, müşahidələrimiz sözügedən magistral ərazidə maşınların bu həddən çox-çox yüksək sürətlə şütüdüyünü təsdiq edir. Odur ki, məqbərə yaxınlığındakı yol kəsiyində sürət məhdudiyyəti məsələsi aktual görünür. "Burada sürət həddinin aşağı salınması üçün məsələ əsaslandırılmalı və yol hərəkəti təhlükəsizlik komissiyasına bu haqda müraciət olunmalıdır. Yalnız komissiyanın qərarından sonra həmin sürət orada məhdudlaşdırıla bilər", - deyə Fazil Cəfərov bildirdi. O, Mədəniyyət və Turizm İdarəsinin məktubunun araşdırılacağını və yol polisi tərəfindən də müvafiq komissiyaya müraciət ediləcəyini bildirdi. Qeyd edək ki, abidədə yaranmış çatların və onun əmələgəlmə səbəblərinin qarşısı vaxtında alınmazsa, məqbərə uça bilər. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar