SON XƏBƏRLƏR

“Qəssab”ın həbsi AB-nin Serbiyaya baxışını dəyişəcək?

2021.10.20, 07:36
“Qəssab”ın həbsi AB-nin Serbiyaya baxışını dəyişəcək?

Gunaz.tv
“Qəssab”ın həbsi AB-nin Serbiyaya baxışını dəyişəcək? 4609.jpg Bosniya serblərinin lideri Radovan Karaciç uzun sürən axtarışlardan sonra Serbiyanın paytaxtı Belqradda həbs olundu. Avropada İkinci Dünya müharibəsindən sonra törədilmiş ən böyük cinayətlərin törədicisi olaraq axtarışda olan Bosniya serblərinin lideri Radovan Karaciç uzun sürən axtarışlardan sonra Serbiyanın paytaxtı Belqradda həbs olundu. Qəssab ləqəbli Karaciçin serbiyalı rəsmilərin verdiyi məlumatların əksinə olaraq, uzun müddətdir Belqradda həkim olaraq fəaliyyət göstərdiyi ortaya çıxıb. Serbiya hökumətinin Bosniya əsilli rəsmisi Rasim Layiç psixoloq Karaciçin saxta pasportla özəl klinikaların birində işlədiyini bildirib. Ötən illərdə Karaciç tanınmaması üçün saç və saqqalını uzadaraq eynək taxıb. Onun özünü bu hala salması görənləri heyrətə salıb. Çernoqoriyadakı tövlədən Belqraddakı bələdiyyə avtobusuna Serbiyanın sabiq dövlət başçısı, 63 yaşlı Radovan Karaciç 1945-ci ildə Çernoqoriyanın Savnik bölgəsində bir tövlədə dünyaya göz açıb. Atası Vuk İkinci Dünya müharibəsində həm faşistlərə, həm də Tutonun kommunist partizanlarına qarşı döyüşlərdə iştirak edib. Atasının həbsdə olması səbəbindən Karaciç uşaqlıq illərinin böyük bir hissəsini anasının yanında keçirib. 1960-cı ildə anası ilə birlikdə Bosniyaya köçüb. Burada gələcəkdə onun həyat yoldaşı olacaq həkim Lilyana ilə tanış olub. Psixoloq və eyni zamanda şair olan Karaciç daha sonralar bosniyalı serb milliyyətçilərə qoşulub. Onun siyasətlə məşğul olmasına daha çox bosniyalı serb milliyyətçi, şair Dobrista Kosiç təsir edib. Qısa bir müddət Yaşıllar Partiyasında siyasi fəaliyyətlə məşğul olduqdan sonra - 1990-cı ildə Bosniyada milliyyətçi və Xorvat partiyalarının yüksəlişinə cavab olaraq, Serbiya Demokrat Partiyasının (bu partiyanın məqsədi Böyük Serbiya qurmaq idi) qurulmasında yaxından iştirak edib. İki il sonra BMT tərəfindən müstəqil dövlət olaraq tanınan Bosniyadakı Serbiya Cümhuriyyətinin İdarə Şurasının üç üzvündən biri olub. Həmin il Bosniya Serbiya Cümhuriyyətinin (Respublika Sırpska) prezidenti seçilib. 1996-cı ilə qədər Silahlı Qüvvələrin Baş Komandanı və prezident vəzifələrində çalışıb. Karaciçin həyatı 1992-1995-ci illər arasında baş verən Bosniya müharibəsindən sonra dəyişdi. 250 mindən çox insanın həlak olduğu və 1,8 milyon insanın sürgün edildiyi Bosniya müharibəsinin sona çatmasından sonra vəziyyət gərginləşməyə başladı. Belə ki, Beynəlxalq Haaqa İnsan Hüquqları Məhkəməsi Karaciçi və bosniyalı serblərin hərbi lideri Ratko Mladiçi bosniyalı müsəlmanlara və xorvatlara qarşı qırğınlarda təqsirli bilərək həbs olunmalarına qərar verdi. O vaxtdan Karaciç gizli həyat sürməyə məcbur oldu. Bəzi qəzetlər Karaciçin serb provoslav kilsəsində rahiblik etdiyini, bəziləri isə Bosniyanın dağlıq bölgələrindəki mağaralarda gizləndiyini yazırdı. Hətta onun qadın pariki taxaraq küçələrdə gəzdiyi barədə də məlumatlar yayılmışdı. Avropa sevincə qərq oldu Haaqa İnsan Hüquqları Məhkəməsi tərəfindən 12 ildir axtarışda olan Bosniya soyqırımının əsas səbəbkarı Radovan Karaciçin həbs olunması bu günə qədər onun yaxalanması üçün heç bir addım atmayan Avropanı sevincə qərq edib. Bosniya müharibəsinə son qoyan “Dayton” müqaviləsinin amerikalı müəllifi, diplomat Riçard Holbrukun günahlandırdığı NATO da Karaciçi ələ keçirən serbiyalı rəsmilərin ünvanına təbriklər yağdırıb. Karaciçin həbs edilməsindən dərhal sonra bir araya gələn AB xarici işlər nazirləri ard-arda verdikləri açıqlamalarda öz məmnunluqlarını dilə gətiriblər və bunu “Ədalətin öz yerini tapması” kimi dəyərləndiriblər. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar