SON XƏBƏRLƏR

BİR QRUP JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETDİ

2021.10.20, 07:36
BİR QRUP JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETDİ

Gunaz.tv
BİR QRUP JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETDİ Onların sırasında Rauf Arifoğlu, Mehman Əliyev, Qənimət Zahidin də adları var İ.TELMANOĞLU Dünən 8 jurnalist Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib. Bu barədə "Ayna"ya Media Hüquqları İnstitutundan daxil olan məlumatda qeyd olunur. Məlumata görə, jurnalistlər Rauf Abbasov (Arifoğlu), Azər Abbasov (Ayxan), Etibar Ağayev, Elşad Məmmədli, Zabil Nəcəfzadə (Müqabiloğlu), Qənimət Zahidov (Zahid), Şahvələd Namazov (Çobanoğlu) və Mehman Əliyev ölkə qanunvericiliyində və Avropa konvensiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarına müdaxilə olunduğunu iddia edirlər. Jurnalistləri MHİ direktoru Rəşid Hacılı, MHİ hüquqşünasları Xalid Ağəliyev və Elçin Sadıqov müdafiə edirlər. Məlumata görə, adları çəkilən jurnalistlər Avropa konvensiyasında nəzərdə tutulan ədalətli məhkəmə araşdırması, yığıncaqlar və birləşmək, işgəncələrin qadağan olunması, səmərəli hüquqi müdafiə vasitələri kimi hüquq və azadlıqlarına müdaxilə olunduğunu iddia edirlər. Şikayətçi jurnalistlər Avropa məhkəməsindən hüquqlarının pozulmasının tanınması, işlə bağlı çəkdiyi xərclərin və zərərin əvəzinin ödənilməsini xahiş edirlər. Xatırladaq ki, adları çəkilən jurnalistlər mediaya basqılara etiraz əlaməti olaraq 2007-ci il iyunun 12-də "Sabir" bağında aksiya keçirməyə cəhd ediblər. Bu zaman jurnalistlər polis zorakılığı ilə qarşılaşıblar. Jurnalistlər polis zorakılığı ilə bağlı 2007-ci il iyulun 20-də Səbayel rayon Məhkəməsinə iddia ilə müraciət etsələr də, məhkəmə iddianı icraata götürməkdən imtina edib. Eyni hərəkəti keçən il sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi, bu il yanvarın 10-da isə Ali Məhkəmə təkrar edib. Jurnalistlər iddialarında hər birinə 10 min AZN həcmində olmaqla təzminat ödənilməsini və onlara qarşı zorakılıq etmiş polislərin cəzalandırılmasını tələb edirdilər. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar