SON XƏBƏRLƏR

MOSKVADA MİQRANTLAR ÜÇÜN ŞƏHƏRCİKLƏR SALINIR

2021.10.20, 07:36
MOSKVADA MİQRANTLAR ÜÇÜN ŞƏHƏRCİKLƏR SALINIR

Gunaz.tv
MOSKVADA MİQRANTLAR ÜÇÜN ŞƏHƏRCİKLƏR SALINIR Bundan sonra “gəlmələr” moskvalıların evlərindən istifadə edə bilməyəcəklər Moskva miqrantlarının əlahiddə yaşayacaqları məskənlərin tikintisinə başlanılıb. Şəhər sakinlərini “gəlmə”lərdən, “gəlmə”ləri də moskvalılardan ayıran və rəsmi sənədlərdə “əmək rezervasiyaları” adlanan 4 şəhərcik Rusiya paytaxtının Cənub-Şərq dairəsində inşa olunur. Cənub-Şərq dairəsinin prefekti Vladimir Zotovun dediyinə görə, miqrantlar üçün şəhərciklər Lefortovo, Maryino və Vıxino səmtlərində salınır. Onun sözlərinə görə, Moskvadakı müəssisə və şirkətlərin tam əksəriyyətinin əməyindən istifadə etdikləri miqrantları yaşayış yerləri ilə təmin etmək imkanları olmadığından “gəlmə”ləri müvəqqəti şəhərciklərdə yerləşdirmək qərara alınıb. Miqrantların barak tipli kiçik evlərə yerləşdirilməsi ilə bağlı proqramı Moskva meriyası bu ilin mayında qəbul etmişdi. Həmin plan tikinti meydançalarındakı “bıtovka” və və ya “budka” adlanan, vaqon-konteyner tipli yaşayış yerlərindən ibarət şəhərciklərin yaradılmasını ehtiva edirdi. Moskvadakı “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tofiq Məlikov isə əksinə, hesab edir ki, Rusiya paytaxtına işləməyə gələn miqrantların, o cümlədən azərbaycanlıların əlahiddə gettolarda yerləşdirilməsi hazırda şovinizm, ksenofobiya, radikal millətçilik və “dazbaşlar” hərəkatları ilə bağlı situasiyadan da ağır problemlər yaradacaq: “ABŞ-da hinduların yaşadıqları rezervasiyalar kimi miqrantların əlahiddə yerlərdə yerləşdirilməsi ilə bağlı ideyanı əsla qəbul etmirəm. Bu, Moskvaya gələn azərbaycanlıların avtomatik olaraq ikinci dərəcəli adam sayılmalarıdır. Miqrasiya ilə bağlı problemlər belə gettolar yaratmaqla həll olunmur”. SƏBUHİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar