SON XƏBƏRLƏR

TÜRKIYƏDƏ PKK-ERMƏNI QARDAŞLIĞI

2021.10.20, 07:36
TÜRKIYƏDƏ PKK-ERMƏNI QARDAŞLIĞI

Gunaz.tv
TÜRKIYƏDƏ PKK-ERMƏNI QARDAŞLIĞI Türkiyənin cənub-şərqindəki Batman şəhərində separatçıönümlü kürdlərdən ibarət Demokratik Toplum Partiyasının (DTP) təşkilatçılığı ilə konsert proqramı keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, şəhər parkında keçirilən konsertdə Ermənistandan dəvət edilmiş 65 yaşlı sənətçi Aram Tiqran çıxış edib. Batmanda doğulmuş A.Tiqran erməni, kürd, türk və ərəb dillərində mahnılar oxuyub. Ötən il öldürülmüş "Aqos" qəzetinin baş redaktoru Qrant Dinkin xatirəsinə "Sarı gəlin"i oxuyan A.Tiqran "bura bizim atalarımızın və babalarımızın yurdudur" deyib. Təxminən 2,5 saat davam edən konsertdə Türkiyə parlamentinin DTP-dən olan deputatları - Ayla Akat Ata, Bengi Yıldız və eyni partiyanın üzvü, Batman bələdiyyəsinin sədri Hüseyn Kalkan da iştirak ediblər. Konsert zamanı PKK bayraqları və terror təşkilatının lideri Abdulla Öcalanın portretləri qaldırılıb. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar