SON XƏBƏRLƏR

Neftli ölkələrin çoxunu fəlakət gözləyir

2021.10.20, 07:36
Neftli ölkələrin çoxunu fəlakət gözləyir

Gunaz.tv
Neftli ölkələrin çoxunu fəlakət gözləyir Britaniyanın məşhur analitik mərkəzlərindən biri olan –Kral Xarici İşlər İnstitutu son hesabatında bu qənaətə gəlib. Heasabatda deyilir ki, neft istehsal edən ölkələr neft ixracının labüd şəkildə tükənəcəyi vaxta qədər başqa sahələri də inkişaf etdirməlidir ki, fəlakətlə üzləşməsin. “Neft ixrac edən ölkələr - Asılılığa son qoyulsun, çətin seçimlər edilsin” adlı hesabatda deyilir ki, belə ölkələrin gələcəyi olduqca ümidsiz görünür. Hesabatda deyilir ki, 12 neftli ölkədən yalnız üçü – Malayziya, İndoneziya və Norveç öz iqtisadiyyatlarını karbohidrogensiz zəmanə üçün hazırlaya biliblər. Yerdə qalan ölkələr – Əlcəzair, Nigeriya, Anqola, Azərbaycan, Qazaxıstan, Şərqi Timor, Səudiyyə Ərəbistanı, Küveyt və İran bu istiqəmətdə ciddi sınaq və məhdudiyyətlərlə üzləşəcəklər. Buna səbəb kimi zəif idarəetmə, şəxsi sektorun zəif inkişafı, iqtisadi və siyasi islahatların aparılmaması göstərilir. Hesabatda deyilir ki, doğrudur, bu ölkələrin çoxu hələ bir-neçə onillik ərzində neft ixrac edəcəklər, lakin hələ neft tükənməz əvvəl elə bir dövr olacaq ki, ixracın dərəcəsi enəcək, daxili tələbat isə son dərəcə artmış olacaq və bu zaman əldə olunmuş neft gəlirləri də tükənməyə başlayacaq. “Neft yox, zaman tükənir” deyilir hesabatda Əlcəzair və Nigeriyanın vəziyyətinin daha ağır ola biləcəyi bildirilir. Anqola, Azərbaycan, Qazaxıstan və Şərqi Timor kimi neft sənayesini yenicə təşkil etmiş ölkələrin hələ bir müddət imkan pəncərəsi olacaq ki, neft əmziyini ağzından çıxarandan sonra özünə gəlsin, lakin bu yolda çox böyük maneələr qarşıya çıxacaq. Neftlə çox zəngin İran, Səudiyyə Ərəbistanı və Küveytin vəziyyəti düzəltmək üçün vaxtı bir qədər çox olacaq, lakin onlar da eyni maneələri aşmalı olacaqlar. Hesabatda deyilir ki, bir çox neftli ölkələrdə siyasi və iqtisadi islahatların həyata keçirilməsinə, iqtisadi yarışın təşəkkül tapmasına, dövlətin iqtisadiyyatdakı yerinin tənzimlənməsinə şəxsi mənafe və təmənnalar mane olur. Azərbaycanın iqtisadi iflası önləmək üçün bir neçə il vaxtı qalır Bunu hesabatın müəlliflərindən biri Professor Pol Stivenson BBC-nin Azərbaycan xidmətinə müsahibəsində deyib. O ilk öncə proqnozun nəyin əsasında tərtib olunduğu barədə suala cavab verib: Biz bu proqnozu neftin qiymətinin necə olacağı, yanacaq ehtiyatlarının hazırkı səviyyədə qalıb-qalmayacağı, hasilatın necə olacağı, ölkədə hansı meyllərin davam edəcəyi barədə ehtimallar etməklə vermişik. Hasilat yuxarı qalxır və sonra elə bir mərhələyə çatır ki, nə artır nə də azalır. Buna “plato dövrü” deyirlər. Sonra isə hasilat azalmağa başlayır. Məhz buna qədər olan keçid dövründə ölkə gərək öz iqtisadiyyatının karbohidrogen ixracından asılılığını azaltsın. Əks halda iqtisadiyyat çətin bir vəziyyətə düşəcək. Keçid dövründə qeyri-neft sektoru inkişaf etdirilməlidir. Azərbaycan üçün bu keçid dövrü nisbətən qısadır. “Plato dövrü” Azərbaycanda 2010-2013-cü illərdə olacaq. Yəni qeyri-neft sektorunu daha yüksək templərlə inkişaf etdirmək üçün bir neçə il vaxt qalır. Bundan sonra hasilat azalacaq, əlbəttə ki, yeni yataqlar aşkar edilməsə. Sual: Axı Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üçün çoxlu işlərin görüldüyünü israr edir. Siz bu hesabatı hazırlayanda, həmin sektorun inkişaf perspektivini dəyərləndirmisizmi? Bəli, Azərbaycan və başqaları üçün də bunu etmişik. Biz bunu edərkən yerli ekspertlərlə məsləhətləşmişik. Azərbaycandan bu iqitsadiyyatçı Ramin İsayev idi. Sual: Siz dediniz ki, sənəddə yeni yataqların aşkar ediləcəyi ehtimalı nəzərə alınmayıb.Amma Azərbaycan Xəzərdə hələ də iri neft-qaz yataqlarının olduğunu deyir, məsələn Şahdəniz qaz yatağından gələcək qazanc və sair... “Plato dövrü” Azərbaycanda 2010-2013-cü illərdə olacaq. Yəni qeyri-neft sektorunu daha yüksək templərlə inkişaf etdirmək üçün bir neçə il vaxt qalır. Bəli, biz bunu nəzərə almamışıq. Amma əgər hansısa iri yataq aşkar edilsə, bu həmin “plato dövrü”nü sadəcə uzadacaq. Lakin son 10 ildə Azərbaycanda xeyli kəşfiyyat işləri aparılsa da, elə də böyük bir neft-qaz yatağı aşkar edilməyib. Biz öz hesabatımıza bu cur ehtimalları daxil edə bilmərik. Sual: Bu informasiyaya əsaslanaraq, siz Azərbaycan hökumətinə hansı məsləhəti verərdiniz? Bir neçə şeyi. Əlbəttə, hər şey yalnız neft və qaz hasilatından asılı deyil. Əsası ixracdır. Lakin ölkə inkişaf etdikcə,onun özünə də enerji tələb olunacaq,özü də getdikcə daha çox. Bu isə sözsüz ki, ixracat imkanlarına təsir edəcək. Ona görə hökumət gərək indidən daxili neft və qaz istehlakını necə azaltmaq üzərində düşünsün. İkincisi, qeyri-neft sektorunun inkişafıdır. Bu isə ilk növbədə özəl biznes sektoru deməkdir. Özəl biznes sektorunun inkişafı isə Azərbaycanda təkcə iqtisadi faktorlardan deyil, siyasi sistemdə aparılmalı islahatlardan asılı olacaq. Bax bu, problemin həllinin açarıdır. Özü də bunu sabah deyil, bu gün etmək lazımdır. Bizim hesabatımızda elə belə də yazılıb. Tükənən neft deyil, zamandır. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar