SON XƏBƏRLƏR

Türkiyə qlobal aktyor olmaq istəyir

2021.10.20, 07:36
Türkiyə qlobal aktyor olmaq istəyir

Gunaz.tv
Türkiyə qlobal aktyor olmaq istəyir Əli Babacanın sözlərinə görə, Ankara İrəvana "dialoq qapısı"nı Ermənistanla Azərbaycan arasındakı problemləri nəzərə almaqla açır "Ermənistandakı seçkilərdən sonra prezidentimizin məktub, baş nazirimiz təbrik teleqramı göndərdilər. Hökumət qurulduqdan sonra isə mən öz həmkarıma təbrik məktubu göndərdim. Bunlar bir növ Ermənistanın yeni hökuməti ilə dialoq qurmaq qapısı açmaq məqsədi daşıyırdı". Türkiyənin "Hürriyət" qəzetinin xəbərinə görə, bu sözləri Nyu-Yorkdakı "Türk evi"ndə jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. Oktyabrda BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük üçün keçiriləcək səsvermə ərəfəsində Türkiyənin namizədliyinə dəstək toplamaq üçün BMT qərargahında görüşlər keçirən Babacan regional güc olmaq əvəzinə, qlobal bir aktyor olmaq üçün açılışdıqlarını bildirib (APA). Onun sözlərinə görə, Türkiyənin xarici siyasətində hər hansı gizli məsələ yoxdur. Babacan Ermənistanla da normal qonşuluq münasibətləri qurmaq istədiklərinin bildirib:" BMT-yə üzv olan 192 ölkə var. Biz bu ölkələrdən Ermənistan da daxil olmaqla, 191-ni (Ankara Yunan Kiprini tanımır - red.) tanıyırıq. Hamısına dəvətnamə göndərmişik. Bizim arzumuz və xarici siyasətimizin təməl elementi budur ki, qonşularımızla problemlər sıfır səviyyəsində olsun. Məqsədimiz Ermənistanla problemləri də sıfıra endirməkdir" . Ancaq o, bu istiqamətdə Türkiyənin atdığı addımların birtərəfli olduğunu söyləyib: "Ermənistandan gəlib Türkiyədə çalışan on minlərlə insan var. İran və Gürcüstan vasitəsilə ticarət həyata keçirilir və ötən il bu ticarətin həcmi 500 milyon dollara çatıb. Türkiyə üzərindən uçuşlara icazə vermişik. Amma bunlar bizim atdığımız birtərəfli addımlardır. Biz qarşı tərəfdən də müsbət addımlar gözləyirik. Amma şübhəsiz ki, Ermənistanla Azərbaycan arasındakı problemləri də nəzərə almaya bilmərik". Babacan problemlərin dialoq yolu ilə həllinə inandıqlarını, 1915-ci il hadisələri ilə bağlı tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasının çox vacib olduğunu bəyan edib. Xaqani express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar