SON XƏBƏRLƏR

Norveçdə çeçen-kürd davası

2021.10.20, 07:36
Norveçdə çeçen-kürd davası

Gunaz.tv
Norveçdə çeçen-kürd davası Norveçin Oestfold şəhərinin mərkəzində çeçen və kürd mühacirlər arasıda dava düşüb. Ölkədə siyasi sığınacaq istəyən şəxslərin kompakt saxlandığı miqrant düşərgəsindəki 70 kürd buradakı 4 çeçeni sürəkli təhqir edir, onları aşağılamağa çalışıb. Mərkəzin əməkdaşı Ole Morten Linqin dediyinə görə, 10 kürdün bir çeçeni döyməsinin ertəsi günü 40-50 çeçen düşərgənin giriş qapısına gəlib. "Onlar beysbol zopaları, dəmir dəyənəklər və bıçaqlarla silahlanmışdılar. Giriş qapısındakı mühafizəçini yerə yıxıb içəri girdilər. Mühacirlərin yaşadığı binaya tərəf gəldilər, içəri girdilər və birbaşa kürdlərin yaşadıqları otaqlara tərəf yollandılar. Qapıları açır, kürdləri sürüyüb çölə çıxarır, döyürdülər", - Linq bildirib. Dava zamanı 23 kürd yaralanaraq xəstəxanaya aparılıb. Oestfold şəhər polisi isə olay barədə heç bir şərh verməyərək kimsənin həbs olunmadığını bəyan edib express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar