SON XƏBƏRLƏR

Sabah(27 iyul) İranda son illərin ən böyük edamı həyata keçiriləcək.İranın rəsmi xəbər agentliyi (İRNA), Tehranda 30 nəfərin edam olunacağı xəbərini yayıb

2021.10.20, 07:36
Sabah(27 iyul) İranda son illərin ən böyük edamı həyata keçiriləcək.İranın rəsmi xəbər agentliyi (İRNA), Tehranda 30 nəfərin edam olunacağı xəbərini yayıb

Gunaz.tv
Sabah İranda son illərin ən böyük edamı həyata keçiriləcək İranın rəsmi xəbər agentliyi (İRNA), Tehranda 30 nəfərin edam olunacağı xəbərini yayıb edam.jpg İranın rəsmi xəbər agentliyi (İRNA), sabah Tehranda 30 nəfərin edam olunacağı xəbərini yayıb. Adam öldürmək, təcavüz, silahlı soyğun, zina, qarət, hədə-qorxu gəlmə, narkotik alveri, silahlı dəstə yaratmaq kimi cinayətlər törətməkdə təqsirli bilinənlərin bazar günü səhər edam olunacağı bildirilir.Bütün məhkəmə prosesləri yekunlaşıb və ən yuxarı məhkəmə instansiyaları da yekun qərar verərək, edam hökmünü qüvvədə saxlayıb. Xatırladaq ki, ötən həftə İran məhkəməsi seksual xarakterli cinayətlərə görə mühakimə olunan bir neçə qadın və kişinin daşqalaq edilməsi barədə qərar çıxarmışdı. 27-43 yaşlı səkiz qadın fahişəlik və zinakarlıqda təqsirli bilinmişdi. 50 yaşlı musiqi müəllimi isə tələbəsi ilə intim əlaqədə olduğuna görə mühakimə olunmuşdu. Qeyd edək ki, İran, ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur. Bu ilin əvvəlindən xüsusilə ağır cinayətlərdə təqsirli bilinən 100-dən artıq adam edam edilib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar