SON XƏBƏRLƏR

KİPRDƏ HƏRTƏRƏFLİ ÇÖZÜM MÜZAKİRƏLƏRİ PAYIZA QALDI_ Məhmət Əli Tələt bu müzakirələrin

2021.10.20, 07:36
KİPRDƏ HƏRTƏRƏFLİ ÇÖZÜM MÜZAKİRƏLƏRİ PAYIZA QALDI_ Məhmət Əli Tələt bu müzakirələrin

Gunaz.tv
34606_1 KİPRDƏ HƏRTƏRƏFLİ ÇÖZÜM MÜZAKİRƏLƏRİ PAYIZA QALDI Məhmət Əli Tələt bu müzakirələrin "illər boyunca sürən" proses olmayacağını vəd edir İ.UMUDLU Məhmət Əli Tələt və Dmitris Hristofyas arasında dünən 2 saat sürmüş görüşün nəticəsi bu olub ki, hərtərəfli çözüm müzakirələrinə payızda - sentyabrın 3-də başlamaq qərara alınıb. Anadolu agentliyinin xəbərinə görə, görüş Lefkoşa və Nikoziyanı ayıran ara bölgədə BMT təmsilçisi Taye-Brook Zerihounun iqamətgahında, onun iştirakı ilə keçirilmişdir. Bundan öncə belə bir fikir vardı ki, Kiprin iki bölümünü təmsil edən liderlər arasında iyul görüşləri çox şeyə aydınlıq gətirməlidir. Lakin bunun şahidi olmadıq. İndi isə danışıqlarda hansısa irəliləyişin olacağını payıza saxlayırlar. QKTC prezidenti hazırkı müzakirələri "son mərhələ" adlandırır və hesab edir ki, ilin sonuna qədər konkret çözümə nail ola biləcəklər. Bəlli olduğu kimi, QKTC-nin müstəqilliyi 1983-cü ildə elan edilib, lakin onun bağımsızlığı yalnız Türkiyə tərəfindən tanınıb. İKT üzvü olan dövlətlər isə onu əgər əvvəllər "Kipr türk toplumu" kimi tanıyırdısa, son zamanlar "Kipr türklərinin dövləti" kimi tanımaqdadır. Rauf Denktaş dönəmi bitdikdən sonra hakimiyyətə gəlmiş Məhmət Əli Tələt dövlətin dünya birliyi tərəfindən tanınması yönündə səylərə son qoyaraq başqa kurs götürüb. Bu kursun mahiyyəti ondan ibarətdir ki, adanın hər iki bölümü bərabər haqlar əsasında və Türkiyənin qarantiyası altında bir dövlət halında birləşir, daxildə isə iki müstəqil idarə mövcud olur. Lakin bu kurs da Kiprin rum bölümü tərəfindən hələ də dəstəklənmir. Onlar Kipr türklərini unitar dövlətdə milli azlıq statusunda görmək istərdilər və bu iki görüş arasında ortaq məxrəc tapılması çıxılmazlığa dirənmişdir. Anadolu agentliyinə müsahibəsində Məhmət Əli Tələt illər boyunca sürən bir müddət deyil, bu ilin sonuna, ya da bir az daha uzana biləsi müddətdən söz açır. Çözümü ləngidən faktorlardan biri Dmitris Hristofyasın hazırda Tasos Papadopulosun partiyası ilə hakimiyyətdə ortaq olması göstərilir. İndi aparılan müzakirələrin sonunda gəlinən nəticənin eynilə "Annan planı" kimi yeni bir referenduma çıxarılacağı da istisna edilmir. Hazırda müzakirələr bu mahiyyət üzərində gedir: adada siyasi bərabərliyə istinad edən 2 bölgəli, 2 toplumlu federasiya ortaqlığı nəzərdə tutulur. Bu federasiyanı türk və rum qurucu dövlətləri yaradacaq, vahid beynəlxalq kimlik və federal hökumət qurulacaq. Yaradılacaq tamam yeni dövlətin adının Kipr Birləşmiş Federal Cümhuriyyəti (United Federal Rerublic of Cyrrus) olması barədə ortaq düşüncəyə varıldığı da söylənir. Bu o anlama gəlir ki, suverenlik hüququ hər iki xalqa bərabər şəkildə məxsus olacaq. Rəsmi Ankara bu perspektivi dəstəkləyir. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar