SON XƏBƏRLƏR

Formalaşmış dini icmalar barmaqla sayılır

2021.10.20, 07:36
Formalaşmış dini icmalar barmaqla sayılır

Gunaz.tv
Formalaşmış dini icmalar barmaqla sayılır İlqar İbrahimoğlu: "Demokratiyanın məhdudlaşdırılması buna mane olur" "Sovet quruluşu dağıldıqdan sonra milli-mənəvi dəyərlərin intibahı prosesində dini icmaların rolu, təəssüf ki, dinamik və sağlam bir mahiyyətlə müşahidə olunmadı". Bunu İçərişəhər "Cümə" məscidi icmasının imam-camaatı İlqar İbrahimoğlu dini icmaların fəaliyyətini "Turan"a şərh edərkən deyib. Onun fikrincə, bu prosesə öz töhfəsini verməli olan institusional qurumlar bu intibah prosesinə ruhən və metodoloji olaraq hazır deyildilər, bəzən isə irticavi mahiyyətilə mənfi təsir göstərirdilər. İlqar İbrahimoğlunun sözlərinə görə, bu yöndə müəyyən müsbət rüşeymlər olsa da, demokratik şəraitin məhdudluğu və vətəndaş cəmiyyətinin inkişafına olan əngəllər həm də dini icmaların inkişafı üçün münbit şəraiti əngəlləyir. "Nəticədə vətəndaş cəmiyyətinin başqa yönlərində olduğu kimi, burada da sağlam inkişaf prosesi məhdudlaşır", - deyə İ.İbrahimoğlu qeyd edib. Onun sözlərinə görə, formalaşmış dini icmalar barmaqla sayıla bilər, müstəqil icmaların sayı isə bundan da azdır. İ.İbrahimoğlu qeydiyyat sahəsindəki büroktarik və antikonstitusion manelərin, demokratiya və insan haqları sahəsindəki məhdudlaşdırmaların toplumun inkişafına lazım olan potensialı reallaşdırmağa imkan vermədiyini xüsusi qeyd edib. "Bu səbəb üzündən icmalar arasındakı münasibətlər epizodik və bəzən də xaotik xarakter daşıyır". İbrahimoğlu icmalarda prioritet olaraq, vicdan azadlığı, maarifçilik və təhsil, Qarabağ və dünyada islamofobiya problemlərinin müzakirəsini göstərib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar