SON XƏBƏRLƏR

BUŞ AMERİKA SƏFİRLİKLƏRİNƏ TƏLİMAT GÖNDƏRDİ

2021.10.20, 07:36
BUŞ AMERİKA SƏFİRLİKLƏRİNƏ TƏLİMAT GÖNDƏRDİ

Gunaz.tv
BUŞ AMERİKA SƏFİRLİKLƏRİNƏ TƏLİMAT GÖNDƏRDİ “Qeyri-demokratik ölkələrdəki siyasi məhbuslar və demokratiya fəalları ilə müntəzəm əlaqə qurun” 3117.jpg ABŞ prezidenti Corc Buş ölkənin xaricdəki diplomatik missiyalarına xüsusi təlimat göndərib. Prezident deyib ki, bugünlərdə imzaladığı sərəncama əsasən ABŞ-ın demokratik normaların pozulduğu ölkələrdəki yüksək rütbəli rəsmi şəxsləri və diplomatları siyasi dissidentlərlə və demokratiya fəalları ilə əlaqələri gücləndirməlidir. Buş bu təlimatın icra edilmək üçün artıq səfirliklərə göndərildiyini deyib. ABŞ prezidenti bildirib ki, onun ölkəsi demokratiya və insan haqlarının müdafiəsi işində lider olmalıdır. Onun sözlərinə görə, ABŞ Kuba, Şimali Koreya, Belarus və İran kimi ölkələrdəki siyasi məhbusların işini müdafiə edir: “Biz Belarusda Oleq Kozulini müdafiə edirik. Onun atası Aleksandr Kozulin ”cinayətə" yol verərək prezidentliyə namizədliyini irəli sürdüyünə görə hazırda həbsxanadadır" - deyə Buş bildirib. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar